Hər aşiqin məhəbbəti bir məhliqayədir
Hər aşiqin məhəbbəti bir məhliqayədir,Eşq aləmində mehrü vəfa payə-payədir.
Bülbül də məntək öz gülünün mübtəlasıdır,Ahü fəğanı xarilə güldən gilayədir.
Yüz dəfə cövr edib mənə, bilməm, nə sirr var,Zövqü məhəbbətim yenə ol bivəfayədir.
Vaiz ki, cənnət ilə cəhənnəm sözün deyir,Mənaca qanmayır, bu nə rəmzü kinayədir.
Zahid şərab nəhyi üçün ayə söyləyir,Lakin sorulsa, anlamayır hansı ayədir.
Ahuyi-Çin deyənlər o mişkin qəzalinə, üçün,Mərdümlər içrə göz görə meyli xətayidir.
Cövrü cəfayə adət edən mahirulərin,Əvvəlcə hər cəfaları mən binəvayədir.
Vahid, cahana bağlama bel, yoxdur axırı,Guya bir evdəsən, neçə günlük kirayədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-her-asiqin-mehebbeti-bir-mehliqayedir
Use ← → keys to move, R for a random poem
More by this author
Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür?Aşiq ki, verir canını – cananə üçündür.
Gül üzündə, gözəlim, zülfi-pərişan görünürGül üzündə, gözəlim, zülfi-pərişan görünür,Bağ içində, elə bil, sünbülü reyhan görünür.
Bu cəfalər mənə ol mahliqadən görünürBu cəfalər mənə ol mahliqadən görünür,Nə cəfa qılsa əgər, yarü vəfadən görünür.
Məndən, könül, o nazlı nigarə nə dedin bəs?Məndən, könül, o nazlı nigarə nə dedin bəs?Çəkdin o güləndamı kənarə, nə dedin bəs?
Poems by other poets · Love
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Ey Pəri, dəhrdə yox sən kimi bir cananəEy Pəri, dəhrdə yox sən kimi bir cananə,Tən edir mehri-rüxün göydə məhi-tabanə,