Ey Pəri, dəhrdə yox sən kimi bir cananə
Ey Pəri, dəhrdə yox sən kimi bir cananə,Tən edir mehri-rüxün göydə məhi-tabanə,Gərçi bihədd görürəm lütfünü hər insanə,Piri-bifaidədir uyma Məlik Aslanə,Ol gələn yar genə mən təki biroğlanə.
Çün sənin qədrini Fərhad ilə Şirin bilməz,Mirzəcan bilsə də yüzdən o da birin bilməz.Mirzə Məmməd dəxi o fəthə və zirin bilməz,Kim ki, məşuq ola öz zülfi-əsirin bilməz.Rəng ilən salmagilən sən buları böhtanə.
Mən sənə hər nə deysəm mehrü məhəbbət sözüdür,Sən mana yazdığın əfsanəvü möhnət sözüdür,Gər desəm həmdəm olaq bil ki, müvəddət sözüdür,Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür,Tövsəki-əqlini fikr ilə gətir cövlanə.
Sən təki şux münasibdi ki, məstanə gələ,Əldə sazü məzəvü sağərü peymanə gələ,Aşiqi-məst görüb din ilə imanə gələ,Kim gərək doqquz ola başı meydanə gələ,Özünə qurrələnib girmə bizim meydanə.
Sana şiyəstə odur, kim tapasan əhli-vəfa,Cani-dildən edəsən eşq təriqini rəfaOlasan yar ona, etməyəsən cövrü cəfa,Dövri-fanidə sürüb bir neçə gün səfa,Əhli-haldan özünü tutmayasan biganə.
Qəmzən əyyardır, ey şux, cahan bilməzsən,Ləblərin tökdüyü nahəq yerə qan bilməzsən,Öldürürsən məni, heç ahü aman bilməzsən,Məsti-çeşmin sənin ey afəti-can bilməzsən,Nə zamandır ki, edib könlüm evin viranə.
Ey gözəl, mehrin ilə mən olalı pabəstə,Hicrdən daim olub can ilə könlüm xəstə,Nə yazım mən, nə deyim sən təki bir sərməstə,Zülf zəncirini göstərmə mana peyvəstə,İstəmə kim edəsən Aşiqini divanə.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehemmed-bey-asiq-ey-peri-dehrde-yox-sen-kimi-bir-canane
Use ← → keys to move, R for a random poem
More by this author
Verdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.
Aldım qələmi namə yazam, yarə könüldənAldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.
Cahanda görmədim bir gün səvayi binəvalıqdanCahanda görmədim bir gün səvayi binəvalıqdan,Dəxi qurtarmardım bir dəm mən anda mübtəlalıqdan.
Mirzə Həsən VəzirovaƏla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.
Poems by other poets · Love
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
GedibdiEşidin, məclisdə arif olanlar,Sərrafam, gövhərim, kanım gedibdi.