Bu cəfalər mənə ol mahliqadən görünür
Bu cəfalər mənə ol mahliqadən görünür,Nə cəfa qılsa əgər, yarü vəfadən görünür.
Dedim: – Aşüftə edən kimdi o zülfi-siyahin,Dedi: – Səndən deyil, ol badi-səbadən görünür.
Gər, həbibim mənə zülm etsə, cəfadən, nə əcəb!Hər nə qədr cövrü cəfa qılsa, səxadən görünür.
Baxmayın eyd günü ayna ilə ayə, vəliMahi-nov ol iki əbruyi-dütadən görünür.
Məst çeşmindir baxan çini-səri-zülf içrə,Ya ki, ey ayinərüx, ahu Xətadən görünür?
Vahida, etmə şikayət bu mələkrulərdən,Bəxtimin tirəliyi çərxi-qəzadən görünür.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bu-cefaler-mene-ol-mahliqaden-gorunur
Use ← → keys to move, R for a random poem
More by this author
Dedim: – Ey qönçdəhan, könlümü qan eyləmisən,Dedi: – Bica yerə eşqimdə fəğan eyləmisən!
O gün də söz verib, ey mahiparə, gəlməmisənO gün də söz verib, ey mahiparə, gəlməmisən,Bu gözləməklə günüm oldu qarə, gəlməmisən.
Eşqin eləsə könlümü qan, bilməyəcəksənEşqin eləsə könlümü qan, bilməyəcəksən,Yüz dəfə desəm mətləbi qan, bilməyəcəksən!
Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!Deyil xilaf, desəm: Leyliyə bərabərsən.