Gül üzündə, gözəlim, zülfi-pərişan görünür,Bağ içində, elə bil, sünbülü reyhan görünür.

Bülbül hər ləhzə fəğan eyləsə gər gülşəndə,Gül görüb bülbülün əfğanını, xəndan görünür.

Səcdə etdim görərək çaki-giriban o gülü,Sübhdür, sandım o dəm, mehri-dirəxşan görünür.

Mənə çox müşkül olur dərdü qəmi-hicranın,Leyk biganə baxırsa, ona asan görünür.

Vəslə yetcək dedim: – Ey məh, yetirmə məqsudə!Yetməmiş vəslinə, vəslin mənə hicran görünür.

Həmdəm olmuş o xətü xalına zülfi-siyəhin,Əhsənullah, yenə küfr içrə müsəlman görünür.

Leylivəş bir sənəmin eşqi ilə Vahidi-zar,Yenə Məcnun kimi sərgəşteyi-dövran görünür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love