زان زلف مشک رنگ نسیمی به ما فرستیک موی سر به مهر به دست صبا فرست

زان لب که تا ابد مدد جان ما ازوستنوشی به عاریت ده و بوسی عطا فرست

چون آگهی که شیفته و کشتهٔ توایمروزی برای ما زی و ریزی به ما فرست

بندی ز زلف کم کن و زنجیر ما بسازقندی ز لب بدزد و به ما خون‌بها فرست

بردار پرده از رخ و از دیده‌های مانوری که عاریه است به خورشید وافرست

گاهی به دست خواب پیام وصال دهگه بر زبان باد سلام وفا فرست

خاقانی از تو دارد هر دم هزار دردآخر از آن هزار، یکی را دوا فرست

باری گر این‌همه نکنی، مردمی بکناز جای برده‌ای دل او باز جا فرست

Müşkə oxşar saçlarından meh ərməğan göndər bizə!
Başı bağlı bir tükünü, yar, həvadan göndər bizə!

Canımızın əbədilik havadarı - dodağından,
Şərbət içirt, bir öpüş də özün ehsan göndər bizə!

Bilirsən ki, bizik sənin həm vurğunun, həm qurbanın,
Bir gün yaşa bizim üçün, vəslinlə can göndər bizə!

O zülfündən bir tükü al, biz yazığı bəndinə sal,
Qan bahası qənd oğurla dodağından, göndər bizə!

Gəl, üzündən aç örtüyü, gözlərimiz işıqlansın,
Günəş batsa, sən işığı camalından göndər bizə!

Gah yuxuda yetir bizə vüsalının pəyğamını,
Gah da vəfa salamını sən səbadan göndər bizə!

Xaqaniyə hər an yetər min dərdü qəm həsrətində,
O min dərddən biri üçün, rəhm et, dərman göndər bizə

Sən bunların heç birini etməsən də, insafa gəl,
Heç olmazsa, o qəlbi ki, aparmışsan, göndər bizə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love