دگر ره لعبت طاووس‌پیکرگشاد از دُرج لؤلؤ تَنگ شکر

روان کرد از عقیق آن نقش زیباسخن‌هایی نگارین‌تر ز دیبا

کز آن افزون که دوران جهان استشب و روز و زمین و آسمان است

جهان‌داور، جهان‌دارِ جهان بادزمانه حکم‌کِش، او حکم‌ران باد

به فراشی کواکب در جنابشبه سرهنگی سعادت در رکابش

مرا در دل ز خسرو صد غبار استز شاهی بگذر آن دیگر شمار است

هنوزم ناز دولت می‌نماییهنوز از راه جباری درآیی

هنوزت در سر از شاهی غرور استدریغا کاین غرور از عشق دور است

تو از عشق من و من بی‌نیازیتو را شاهی رسد یا عشق‌بازی

درین گرمی که باد سرد بایددل آسان است با دل درد باید

نیاز آرد کسی کو عشق باز استکه عشق از بی‌نیازان بی‌نیاز است

نسازد عاشقی با سرفرازیکه بازی برنتابد عشق‌بازی

من آن مرغم که بر گل‌ها پریدمهوای گرم تابستان ندیدم

چو گل بودم، ملک‌بانویِ سَقلابکنون دژبانوی شیشه‌ام چو گلاب

چو سبزه لب به شیر برف شستمچو گل بر چشمه‌های سرد رستم

درین گور گلین و قصر سنگینبه امید تو کردم صبر چندین

چو زر پالودم از گرمی کشیدنفسردم چون یخ از سردی چشیدن

نه دستی کاین جرس بر هم توان زدنه غم‌خواری که با او دم توان زد

همه وقتی تو را پنداشتم یارهمه جایی تو را خواندم وفادار

تو هرگز در دلم جایی نکردیچو دل‌داران مدارایی نکردی

مرا دیگر ز کشتن کی بود بیمکه جان کردم به شمشیر تو تسلیم

ترازو بر زمین چون یابد آهنگحسابش خاک به‌تر داند از سنگ

گرم عقلی بود جایی نشینمو‌گر‌نه بینم از خود آن چه بینم

گر از من خود نیاید هیچ کاریکه بر شاید گرفت از وی شماری

زنم چندان تظلم در زمانهکه هم تیری نشانم بر نشانه

چرا باید که چون من سرو آزادبود در بند محنت مانده ناشاد

هنوزم در دل از خوبی طرب‌هاستهنوزم در سر از شوخی شغب‌هاست

هنوزم هندوان آتش پرستندهنوزم چشم چون ترکان مستند

هنوزم غنچهٔ گل ناشکفته‌ستهنوزم دُر دریایی نسفته‌ست

هنوزم لب پر آب زندگانی استهنوزم آب در جوی جوانی است

رخم سر خیل خوبان طراز استکمینه خیل‌تاشم کبر و ناز است

ولی‌نعمت ریاحین را نسیممولیعهد شکر دُر یتیمم

چراغ از نور من پروانه گرددمه نو بیندم دیوانه گردد

عقیق از لعل من بر سر خورد سنگگل رویم ز روی گل برد رنگ

ترنج غبغبم را گر کنی یادزنخ بر خود زند نارنج بغداد

چو سیب رخ نهم بر دست شاهانسبد واپس برد سیب سپاهان

به هر دُر کز لب و دندان ببخشمدلی بستانم و صد جان ببخشم

من آرم در پلنگان سرفرازیغزالان از من آموزند بازی

گوزن از حسرت این چشم چالاکز مژگان زهر پالاید نه تریاک

گر آهو یک نظر سوی من آردخراج گردنم بر گردن آرد

به نازی روم را در جست‌وجویمبه بویی با خُتن در گفت‌وگویم

بهار انگشت‌کش شد در نکوییهر انگشتم دو صد چون اوست گویی

بدین تری که دارد طبع مهتابنیآرد ریختن بر دست من آب

چو یاقوتم نَبیذ خام گیردبه رشوت با طبرزد جام گیرد

بهشت از قصر من دارد بسی نورعیار از نار پستانم برد حور

به غمزه گر‌چه ترکی دل‌ستانمبه بوسه دل‌نوازی نیز دانم

ز بس کآورده‌ام در چشم‌ها نورز ترکان تنگ‌چشمی کرده‌ام دور

ز تنگی کس به چشمم در نیآیدکسی با تنگ‌چشمان بر نیآید

چو بر مه مشگ را زنجیر سازمبسا شیرا کزو نخجیر سازم

چو لعلم با شکر ناورد گیردتو مرد آر آن‌گَهی تا مرد گیرد

شکر هم‌شیرهٔ دندان من شدوفا هم‌شهری پیمان من شد

جهانی ناز دارم، صد جهان شرمدری در خشم دارم، صد در آزرم

لب لعلم همان شکرفشان استسر زلفم همان دامن‌کشان است

ز خوش نقلی که می در جام ریزمشکر در دامن بادام ریزم

اگر‌چه نار سیمین گشت سیبمهمان عاشق‌کُشِ عاقل‌فریبم

رخم روزی که بفروزد جهان رابه زرنیخی فروشد ارغوان را

ز رعنایی که هست این نرگس مستنیآلاید به خون هر کسی دست

چه شورش‌ها که من دارم درین سرچه مسکینان که من کُشتم بر این در

برو تا بر تو نگشایم به خون دستکه در گردن چنین خونم بسی هست

نخورده زخم دستِ راست برداربه دستِ چپ کند عشقم چنین کار

تو سنگین‌دل شدی من آهنین‌جانچنان دل را نشاید جز چنین جان

Tovuza bənzəyən o afəti-canŞəkər tüngün açdı ləl sandığından.

Əqiq dodaqların qönçətək açdı,İpəkdən bəzəkli sözləri saçdı:

Durduqca bu dünya, bu şanlı dövran,Bu gecə, bu gündüz, bu yer, asiman,

Olsun əllərində zəmanə əsir,Ey dünya hakimi, böyük cahangir.

Fərraştək qarşında dursun ulduzlar,Olsun bəxtiyarlıq yanında sərdar.

Xosrovdan qəlbimdə min bir dağım var,Şahlıqdan danışma, gəl, ey hökmüdar!

Dəm vurursan yenə şahlığından sən,Zalımlıq yolundan əl çəkməmisən.

O şahlıq qürurun indi də durur,Eşqindən uzaqdır, əfsus, bu qürur.

Eşqə könül verən ahü zar elər,Naləsiz aşiqi eşq inkar elər.

Eşq təkəbbürlə düşməndir hər an,Eşqlə oynamaq yamandır, yaman.

İstidə xoş olur sərin bir külək,Aşiqin könlündə dərd olsun gərək.

Mən güllər üstündə uçan bir quşam,Yayın istisini heç duymamışam,

Səğlab banusiydim - bir gözəl çiçək,Qalmışam şüşədə indi gülabtək.

Səbzətək qar, südlə dodaq yudum mən,Gül kimi göyərdim sərin çeşmədən.

Özümü gil qəbrə - daş qəsrə saldım,Səninçin səbr edib, bu qədər qaldım,

İstidən qızıltək əridim hər an,Buz kimi dondum hər şaxta, soyuqdan.

Nə işi pozmağa iqtidarım var,Nə tapa bilirəm özümə qəmxar.

Özümə hər zaman səni yar bildim,Hər yerdə tək səni vəfadar bildim.

Sən isə yadına məni salmadın,Halımı, keyfimi xəbər almadın.

Qorxum yox, tərk etsəm bu gün dünyanı,Çünki qılıncına tapşırdım canı.

Yerə əyiləndə tərəzi gözü,Yer daşdan tez bilər hesabı özü.

Bir yerdə durardım, olsaydı tədbir,Bütün çəkdiklərim öz əməlimdir.

Əlimdən bir ayrı iş gəlməsə də,Bu yaralı qəlbim dincəlməsə də,

Fəryad eyləyərəm bu zəmanədənOxumu hədəfə düz vurunca mən.

Neçin mənim kimi bir sərvi-azadQalsın eşq bəndində ürəyi naşad?

Gözəlliyim hələ solub getməyib,Başımdakı şuxluq hələ bitməyib.

Hindularım hələ atəşpərəstdir,Sərxoş türklər kimi gözlərim məstdir.

Hələ qönçə gülüm açılmış deyil,Hələ bu saf dürrüm deşilməmiş, bil!

Dodağımda hələ abi-həyat var,Suyum hələ gənclik arxından axar.

Tərazda mən kimi gözəl tapılmaz,Kiçik kənizimdir qürur ilə naz.

Nəfəsimdən alır reyhanlar ətri,Şəkər divanədir dadımdan ötrü.

Çıraqlar nurumun pərvanəsidir,Təzə ay hüsnümün divanəsidir.

Əqiqin başına ləlim daş salıb,Güllər rövnəqini üzümdən alıb.

Turunc buxağımdan söyləsəm əgər,Bağdadın narıncı başını əyər.

Alma yanağımı şaha versəm mən,İsfahan alması çıxmaz səbətdən.

Əgər dürr çıxarsam dişlən, dodaqdan,Bir ürək alaram, bəxş edib yüz can.

Mənimlə pələnglər sərəfraz olar,Öyrənmiş yerişi məndən ahular.

Maral gözlərimə çox həsrət çəkər,Tökər kirpiyindən tiryək yox, zəhər.

Nə vaxt ceyran mənə bir nəzər salar,Boynumun xərcini boynuna alar.

Rumu fəth edərəm bu nazımla mən,Uzaqdan məst olur ətrimdən Xütən.

Baharı barmaqla verərlər nişan,Yüz bahar utanar bir barmağımdan.

Məhtablı gecələr lətafətiləYaramaz əlimə su töksün belə.

Yaqut dodaqlarım şərab içirkənQədəh rüşvət alar şəkər ləbimdən.

Qəmzəylə naz alan türkəmsə belə,Könül də çalıram öpüşlərimlə.

Hüsnümdən nur alır işıqsız gözlər,Bununçün olmazlar daha bədnəzər.

Heç bir gözəli mən salmıram saya,Mən gözəllə çıxmaz kimsə davaya.

Salsam ay üzünə müşk zənciri,Əsir eyləyərəm yüzlərlə şiri.

Töksə ləl dodağım birdən şəkəri,Məğlub eyləyərəm çox igidləri.

Şəkər dişlərimə "bacımsan!" deyir,Vəfa peymanımın həmyerlisidir.

Bir dünya nazım var, yüz dünya həyam,Hirsə bir, rəhmə yüz qapı açmışam.

Ləl dodağım daim şəkər tökəndir,Saçlarımın ucu yerlərlə təndir.

Xoş məzəylə cama şərab doldursam,Qat-qat şəkər alar əlimdən badam.

Almam indi əgər olub gümüş nar,Yüz aşiq öldürər, arif aldadar.

Üzüm nurlandırsa dünyanı bir az,Ərqəvana qiymət verən tapılmaz.

Elə qürurludur bu sərxoş nərgiz,Hər adam qanına əl vurmaz hərgiz.

Başımda var hələ çox-çox fitnələr,Çox canlar etmişəm mən burda hədər.

Get, qanlı əlimi açmayım sənə,Boynumda çox qan var, bəs elər mənə.

Get, yaralanmamış, düz get, amandır,Əyri gedənlərin sonu yamandır.

Sən bir daş qəlblisən, mən bir dəmir can,O qəlbə yaraşır belə bir canan."

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love