Gizlətmə ay üzü yaşmaq altında,Qaymaq dodağında balı görmüşəm.Qara qaş üstündə, a mələkzadə,Türfəndə bəslənmiş xalı görmüşəm.

Qəfil yan çevirdin bulaq üstündə,Gördüm səni, girdim canım qəsdinə.Xub yaraşır gəl gül verim dəstinə,Ağ bədəni, incə əli görmüşəm.

Məmmədhüseynə nə işvə sat, nə dağ çək,At ürbəndi kəklik kimi elə sək.Bu səhər bulaqda nə yalan-gerçək,Turunc məmələri dolu görmüşəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets