Gözəl
Axı neyləmişəm qıyqac baxırsan,Dönübsən sıyrılmış qılınca, gözəl.Dərdli Məcnun kimi gəzib dolannam,Qolumu boynuna salınca, gözəl.
Hüsnünə müştağam, doymaram səndən,O püstə dahandan, o şirin dildən.Tutmuşam yaxanı, qoymaram əldən,Dərdimə dərmanı alınca, gözəl.
And olsun tanrıya, o Paki Nura,Üzünü görməsəm getmərəm gora.Fəqir Məmmədhüseyn düşübdü tora,Mələr ahu kimi alınca, gözəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-gozel
Use ← → keys to move, R for a random poem
More by this author
Gəlmişəm (Başına döndüyüm, a dəstəbaşı)
Başına döndüyüm, a dəstəbaşı,Yön çevirib bu diyara, gəlmişəm.
Gəlmişəm (Eşitdim sədanı, a minagərdən)Eşitdim sədanı, a minagərdən,Gecə-gündüz uça-uça gəlmişəm.
GörmüşəmGizlətmə ay üzü yaşmaq altında,Qaymaq dodağında balı görmüşəm.
Göyçə ellidi(qıfılbənd)On altı paçalı o nə əlamətdi,