Bənd oldum bir sərviboyun hüsnünə,Qatıb atəşinə məni oddadı.Dedim: – Gün düşməsin mələk hüsnünə,Dedi: – Gör necədi hələ, od dadı.

Dedim: – Çox incitmə eşqə yananı,Rəhmin gəlsin barı yanhayan anı.Könül ver, eşqimin olma yamanı,Dedi: – Görəmməzsən məndə o dadı.

Dedim: – Məmmədhüseyni gəl salma dara,Qorxudammaz məni hər çətin, dar a!Dönmərəm dilimdən çəkdirsən dara,Dedi: – Səməndərin meyli oddadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love