Səhər-səhər çıx qarşıma,Dur, başına dolandığım!Oğrun gözlə, qıyqaçı bax,Gör, başına dolandığım!

Tellərin dönüb kəməndə,Gözəllər olub sərməndə,Qara saçı dal gərdəndə,Hör başına dolandığım!

Hüseyndən aldın canını,Apardın din, imanını.Əsirgəmə müjganını,Vur, başına dolandığım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets