Bir gözəl qadına heyran qalmışam,sağ ikən, ölənə həsəd çəkirdi.Saranın adını şerə salmışam,oxuyub gizlində o dərd çəkirdi.

Qalan bədbəxt imiş, ölən bəxtəvər...özü öz oduna qalandı yazıq.Yerində deyibdi Aşıq Ələsgər:“Ölən də yazıqdı, qalan da yazıq”.

Təzədən qılıncı daşa da çaxsan,onu nə oyadar, nə də tərpədər.Sən yaşa dünyada,yaşa, hayıfsan,bir günün sağlığı yüz şerə dəyər.

Mən sənə nə deyim, canlı şeirsən,gülüşün çoxuna xoş olub yəqin.Məhəbbət əsiri, eşq əsirisən,qabağına çıxan daş olub yəqin.

Məhəbbət qaranquş yuvası qurur,o da ilham kimi qısqancdı, gülüm.Məhəbbət – ürəkdən ürəyə yoldur,ürək də ürəyə möhtacdı gülüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets