Kimsə salam verdi mənə rəhm ilə,Allahın nə yazıq bəndəsiyəm mən.Tüstüsüz yandım mən odlar içində,təndirin küt gedən kündəsiyəm mən.

Məndən inciməsin dostlar, tanışlar,daha yadlaşıbdı doğma baxışlar.Ey əsən küləklər, yağan yağışlar,tökülün üstümə, dözəsiyəm mən.

Yatır süfrəmizə çörək gətirən,ailə yükünü təkcə götürən.Mən boynu büküyəm, o köks ötürən,Yeganə arxası, kimsəsiyəm mən.

Qadındır hər evin isti nəfəsi,qadın anadırsa – yoxdur əvəzi.Ağırdı ananın ağır xəstəsi.Atayam, ananın xəstəsiyəm mən.Bəlkə bədbəxtlərin təzəsiyəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets