Məni sevindirməyin,gülmək mənə düşməyir.Nədir arzum, diləyim,dilək mənə düşməyir.

Sıxır amansız həyat,tale sərt, can amanat.Can de, köməyimə çat, –kömək mənə düşməyir.

Nədir məni söylədən? –Başa düşməz hər yetən.Nə deyim əvvəlcədən,demək mənə düşməyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets