Həyatın qəribə məqamları var,kim isə sağlamdı, nasaz görünür.Dərinə bənzəyir bulanlıq sular,duru su dərindi, dayaz görünür.

Baxma bu dünyaya belə könülsüz,dünyada nə var ki, o xoşa gəlsin.Səadət qəm ilə şərikdi, sözsüz,görmədim –qış ilə yaz qoşa gəlsin.

Sən elə gözəlsən, sən elə həssas –könlündən könlümə bir işıq düşüb.Səni hər tanıyan yaxşı tanımaz,yaxşılar pislərlə qarışıq düşüb.

Göyərçin kimisən daima səssiz,dümağsan, elə bil səni qar tutub.Geyimin gözəldi, zövqün əvəzsiz,niyə gözlərində qəm qərar tutub?!

Vermə od sinəni hər əsən yelə,dünya od sinənə bir inci qoyub.Bir ömür nadir ki, onu da belə;qəmə həsr edəsən, sevinci qoyub.

Ömürlük qalacaq amma bu duyğu;bu ildən o ilə sirri daşımaqnə qədər çətindi, bir ömür boyudaim göz önündəgizli yaşamaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets