Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.

Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.

Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,Toyda olur yəqin onun qanına əlləri xizab.Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab,Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün.

Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam,Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.Əbəlfəzin uzun qolu görmə rəva ola qələm,Bacıların ayaqyalın, dəşti-bəlayə gəlməsün.

Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,Qüslü hənut olmadı, oldu qənarədə qətil,İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.

Badi-xəzan əsər sənin qönçəsifət əyalına,Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoşməqalına.Canı təsəddüq eylədim Əkbərimin, cəmalına,Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün.

Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,Ərzimi birbəbir elə, Ali-əbayə şəhri-hal.İki açılmış gülüm Kufədə zari-dilməlal,Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.

Həsrətəm ol cəmalına, ah çəkirəm bu sinədən,Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün.

Söylə onun anasına başına qarə bağlasın,İki baladən ayrılıb, kövni-məkanı dağlasın,Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,Bəlkə yetimliyin tozu mahu-liqayə gəlməsün.

Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,Bir-birə dəydi mərdü zən, şurə gəlibdü xasüam.Növhə edər bu Natəvan, ruzü şəb ağlayar müdam,Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.

Random poem

More by this author

Poems by other poets