Aşıb getdik Kəlbəcərdən Göyçəyə,Atımızı dağa-daşa sürmədik.Bu ulusdan o ulusa adladıqÖzgəsinin qapısını döymədik.

Eyni dağlar, eyni çəmən, eyni gül,Eyni torpaq, eyni oba, eyni dil,Sularının nəğməsi də eynidir,Çaylar dağın gözlərinə sürmədir.

Haqverdini saz üstündə haqladıq,İsmixanı söz üstündə yoxladıq,Ələsgərə diz üstündə ağladıq,Ancaq ondan dirisini görmədik...

Göyçə, 20.IX.1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring