Bir iclasın ovqatı
Musa Yaquba
Tale sənin dönərgəni döndərir,İki günlük biz tərəfə göndərir.Sənin dağsız, dağın sənsiz günləriSən yazıqsan, dağ yazıqdı, bilmədim.
Qımıldanan tumurcuqlar haçalı,Əlin yetsə çəmən teldən aç, alı.Ağ döşlərdən qara şırım açılır –Qara yazıq, az yazıqdı, bilmədim.
Bahar gəlib, qansızlar da qanlanır,Sənsə burda... üzün heçdən danlanır.Ağacların xəstəsi də canlanır,Ölü yazıq, sağ yazıqdı, bilmədim.
Qaranquşlar eyvanlarda xamırçı,Bostanların arzusuna tum uçur,Musa deyib, sızıldayır tumurcuq –Musa yazıq, bağ yazıqdı, bilmədim.
Ocağımız küllənibdi daha, bax,İmkan yoxdur sola boylan, sağa bax.Piyadaya təslim olan şaha bax,Gədə yazıq, şah yazıqdı, bilmədəm...
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bir-iclasin-ovqati
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey səba, gəl bir xəbər ver canə, canan xandadır?Şəhri-könlüm oldu viran, ona sultan xandadır?
به وقت گل پی معشوق و باده باید رفتسوار عیش تراند، پیاده باید رفت
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,