Öz içimdən gecə-gündüz talandım
Öz içimdən gecə-gündüz talandım,Kösöy olub ocaqlara qalandım,Zərrə-zərrə ömürlərə calandımBir yaddaşda izim varsa, bəsimdir!
Dünya böyük, yollarımız gen idi,Zirvələrə layla deyən gün idi.O dağlara dağlar boyda ümidim –Ürəyimdə ucalırsa, bəsimdir!
Ağ dumanlar – üstümdə ağ bayrağım,Sal qayalar – son limanım, dayağım.Yad torpaqda fəryad çəkən ayağımDağ yolunda yoxuş yorsa – bəsimdir!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-oz-icimden-gece-gunduz-talandim
Use ← → keys to move, R for a random poem