Əbədilik qalan yoxdu,Bir gün mən də gedəcəyəm.Mamırlı bir daşa dönübGöy çəməndə itəcəyəm.

Kimsə bir az sısqayacaq,Bir az yanğı, bir azca yaş.Sonra yara qaysaqlanıbSağalacaq yavaş-yavaş.

Sözüm Vətən göylərindəHərdən topa, hərdən seyrək.Xatirələr damla-damlaYaddaşlarda əriyəcək.

Vərəqlərdə saralan ad...Qalan başqa nə olacaq.Beli bükük ata yurduÜrək kimi sönən ocaq.

Min-min belə yurd görmüşəm,Min-min belə qəbir daşı,Okean ol, qasırğa ol –Susan günün yaxınlaşır.

Ondan sonra kimə gərəkSirr saydığım bilməcələr,Vuruş adlı gülməcələrSahilinə əl yetməyənÜmman adlı gölməçələr?Bu qayğılar, bu əzablar,Gizli görüş, isti qucaqKağızlarda həsrət yaşı,Yollarına göz dikənlər,Telefonlar yalvarışı,Bu kölgəni qılınclayanBu adından titrəyənlər...Nə olubdu azarları?Biləcəkmi dünya məgər?!

Biləcəkmi dünya görənNecə gördüm onu, necə,Çox karvanlar daşınıbdıNə apardı indi keçən?

Nə apardım bu ürəkdə,Bu baxışda, bu yaddaşda? –Bir daş qədər qədirsizdim,İndi cavab alsın daşdan!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets