Gözlərimlə yoxuşları biçərdim,Diş töksə də çurçurundan içərdim.Yaylaq yolu, bir də səni keçərdim,O zirvədən bir ümidim doğsaydı...

Yaşasaydı o həsrətim, gözləməm,Gah açılan, gah buludda gizlənən,Uzaq illər arxasından səslənənBir də dönüb o sevinclə baxsaydı.

O axşamlar gözümüzdə əriyib,O istəklər könlümüzdə yeriyib,O yağışlar bir örtüyə bürüyüb,Gecə-gündüz başımızdan yağsaydı.

Gül səpsəydim o sızlayan izəcən,Dinləsəydim axırıncı sözəcən,Dağ çayında çirmələnib dizəcənYaylıq kimi məni yuyub sıxsaydı.

Nida, 22.IV.1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring