Meşə ağ dumanı tel-tel didəndə,Yarpaq leysanında çaylar itəndə,Durnalar bahara uçub gedəndəPayızın əlindən mən hara qaçım?

Bulud pardaxlandı, qar dəniz oldu,Nə bir yol tapıldı, nə bir iz oldu,Dağlar da qorxudan ağbəniz oldu,Dağların əlindən mən hara qaçım?

Oğul cavanlaşır, ata qocalır,Ürəyi ney kimi tənhalıq çalır.Biz birlik deyirik, sədlər ucalır,Hicranın əlindən mən hara qaçım?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring