Biçin nəğməsi
Biçin başlanmamış əllərində çin,Zəminin ağzında vərə düzülən.Ömrünü əridib neçə nəsilçin,Ancaq indi-indi şerə düzülənKişilər önündə borcum var mənim.Sözlə qaytarılmaz, alqışlar yetməz.Səsim səslərinə bənzəsə belə,Qışqırsam səsimi onlar eşitməz.
O günün altında başları üstəAlışan çinləri – Misri qılınclar.Ən xoşbəxt haləyə çevrilir üzdəOnların başında ən baha taclar,Körpə ömrümüzə işıq çiləyənO çinlər – ən təmiz bir ayna idi.Zəmi ətəyində biçin nəğməsiDünyanın ən qədim ayini idi.
Zirvələr bu səsə qalxardı ondaBuğdalar sünbüldən pırtlaşardılar.Kişi səsindəki bu zəhmi görüb,Bu bolluğu görüb, bu rəhmi görüb,Yollar dənə-dənə adam bağlayar,Yollar ilxı-ilxı at pardaxlayar,Dağlar oba-oba yurdlaşardılar.
Orda dərz dibində, taya dibində,Ağac kölgəsində, qaya dibində.İpək nənələrin ağ tellərində,Şəkər dillərində, bal dillərindəYüz ilin, min ilin havası vardı,Ağrı irilənmiş batıq gözlərdənBuğda sarısıtək, un işığıtəkBizim üstümüzə xeyir yağardı.
O əyri oraqlar – bükük qarılar,Dağlar yamacında qulağımızaƏn qədim nəğmələr oxuyardılar.O əyri qarılar, o düz nənələrDaraq tanımayan başımız üstəSünbül daraqları toxuyardılar.
Zəmidən qıjıltı səsi gələrdi,Zəmi yox, o daha bir qoşun yolu...Sanki bir güneyi qamarlayardıBizim kişilərin əkin-biçindəUzanan üç arşın, beş arşın qolu.Qolçalar sürüşkən, ilanboğazı,Dəri döşlüklərin sığalı haqdan,Əyilməz kişilər! Nə xoşbəxtsinizDiziniz qabardı dərz bağlamaqdan.
Saxlayın dünyanın hay-harayınıGərək muzeylərdə bir çin tapılsa...O maşın girməyən dağ zəmisiniMənimlə bir yerdə biçən tapılsa...O qara qılçığın, sarı buğdanınİşıq şımağından doğacaq danım....Tələsin, tələsin öyrədim sizə, –Sonra tapmazsınız yer üzərindəBiçin mahnısını xatırlayanı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bicin-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Hər gülün önündə ay diz çökənim,O güldən, çiçəkdən nə istəyirsən?
DözümAllah, dərgahından mənə səbr ver,Qatillər yemləyən hər günə dözüm.
TəklikÇiçəklərin gözündə quruyur son damla yaş,Buludlar göy üzünü qaraldır yavaş-yavaş,
Baş daşıYaxınlar yaxından yanıb yaxılır,Fikrimi dünyanın o başı çəkir.
Poems by other poets
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,