Sevinc atlı, biz piyada –Yüzillərlə yüyürmüşük arxasınca.Gah yalvarıb “gəl” demişik,Deyinmişik gah da onun qarasınca.Günümüzün çoxu zülmət, azı işıq...Payımıza nə düşübsə barışmışıq!

Barışmışıq Türkmənçayda, Çaldıranda,Tale bizi endirəndə, qaldıranda!Min nemətli süfrəmizdənbircə qismət çatmayanda özümüzə,Öz qanımız bağlananda üzümüzə.Əsəblərim “Dilqəm”di Araz boyu,Əsəblərim el qəmidi Araz boyu...Dumanlanmış gözləriyləyenə baxır Qarayazı.Barışmışıq –alnımıza yazılanda qara yazı...İran boyda viranədəbir əsrdə üç inqilab! –Sonu yenə barışıqdı.Babək öz Bəzz qalasında,Dönməz, ölməz qalasındaİyirmi il gətirdi tab –Sonu yenə barışıqdı...Barışıqlar kitabınıaçıb baxın varaq-varaq,Qol qoymuşambarmağımı öz qanıma batıraraq!..Barışmışıq –bir millətin əlifbası iki olub!Mənzil mənim, yol də mənim,Çəkdiyimsə özgələrin yükü olub.Öz içimdə çilik-çilik doğranmışam,barışıblar özgələri.Var-dövlətim barışığa qurban gedib,Mənə qalıb öz kədərim...Gülsüz qalıb bir gülüstan.Barışmışıq –bölünmüşük ostan-ostan,¹Zəmi-zəmi, bostan-bostan!Bir az Şərqdən, bir az Qərbdən,

¹ Ostan – mahal.

Yüz imandan, yüz məzhəbdənGündə bir şey qapa-qapa,özümüzü itiririközgələri tapa-tapa!Aldanmaram yenə həyat vədlərinə.Sayca məndən az olanınİrandakı muxtariyyət vədlərinə.Qoy yol versin mənə zaman,Öz dərdimiözüm deyim öz adımdan!Qoy deyim ki, mən millətəm,rahathulqum sanma məni!Farsdandönmə deyə-deyədanma məni!Demə: mənim BMT-də öz səsim yox!Daha mənim bu yoxluqlabarışmağa həvəsim yox!Rüşvət ilə, hiylə iləgəlib mənə ağa olankölə iləBarışmağa həvəsim yox!Gözlərimdə37 – fəlakəti,46-nın müsibəti.O eynəkli, o eynəksiz,o vətənsiz, o məsləksiz“kişilərin” cinayəti...Daha bir də barışmaramqorxu ilə.Bu qardaşı o qardaşdan,ayrı salan duyğu ilə!Mən görürəm ta susmağa,ta yatmağa haqqım yoxdu!Özüm tarix meydanında enə-enəÖzgələri ucaltmağa haqqım yoxdu!Haqqı yoxdur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets