Qış ilə növbahar düşdülər bəhsə,Bahar dedi nəbahatım var mənim,Qış dedi ki, zəhmi-zəhər kanıyam,El içində ədalətim var mənim.

Bahar der ki, mən özüm yetirrəm,Zövqi-ziynət, nuri-rəhmət bitirrəm.Süsən, sünbül, mor bənövşə bitirrəmƏlvan-əlvan nəbatatım var mənim.

Qış dedi ki, mənəm fitnə xaini,Donduraram dərələrin suyunu.Çox görmüşəm Əbu-Sinan oyunu,Əfsun olmaz təriqətim var mənim.

Bahar dedi, mən qiymətsiz bahayam,Savalan yaylağı, el evgahıyam,Cilvəli qızların seyrangahıyam,Can almağa nəzakətim var mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring