Qartal
Nə baxırsan məlul-məlul üzümə,Qoydun ürəyimə vərəmi, qartal.Qanad çaldın, pərvaz etdin uçmağa,Zalım güllə kəsdi aranı, qartal.
Zəhmin ağır, pəncən aslan pəncəsi,Qorxundu quşların zor işgəncəsi,Ovçusan, ovçunun olmaz gecəsi...Gör saldın yadıma haranı, qartal?
Sarıdı gözlərin, məğrurdu başın,Caynaqlıdır pəncən, kəskindir dişin,İnsafsız, zülmkar zabit yoldaşın,Öldürməkdi səni məramı, qartal.
Səfil Şenlik zülm eylədi sənə,Çalardın, çapardın, batardın qana,Dərdin həddən aşıb, ta gəlməz sana,Loğman da sağaltmaz yaranı, qartal.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-senlik-qartal
Use ← → keys to move, R for a random poem
More by this author
Güvənmə dünyada dövlətə, vara,Fani dünya bir insana qalmadı.
Qış ilə baharın deyişməsiQış ilə növbahar düşdülər bəhsə,Bahar dedi nəbahatım var mənim,
Səfalan seyrəngahlı beynava ahuSəfalan seyrəngahlı beynava ahu,Sarf qayalar ovgahında durdunmu?
SəninHaramı halala qatmaq nə imiş,İblisin yoluna sapmaq nə imiş,
Poems by other poets
مقدمه- شدت ظهور مدرک مانع ادراک بود، به مثابت ظلمتی که از ادراک قرص آفتاب به دیده رسد: واضله اللّه علی علم.دیگر- ادراک ادراک جز به واسطۀ امری داخلی و یا خارجی حاصل نشود که آن آیات آفاق و انفس است: ان فی خلق السموات والارض و اختلاف اللیل و النهار لآیات لاولی الالباب.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.