Səbr qıl qürbət əra möhnətü hicranə, könül
Səbr qıl qürbət əra möhnətü hicranə, könül,Bir də müşkül yetə əl daməni-cananə, könül.
Yoxdu bir kimsə sora hali-dilim qürbətdə,Bu qərib ölkədə axı gəlirsən canə, könül.
Xalqa dərmanı vətən içrə verib qaldın əcəb,İndi möhtac qərib ölkədə dərmanə, könül.
Elədin ayrı məni arizi-gülnarimdən,Yeri vardır, dönəsən indi qızıl qanə, könül.
Leyliveş bir sənəmin zülfünə dil verdikdə,Olmusan gör necə Məcnun kimi divanə, könül.
Çəkgilən şanə, qəmin zülfü cəfasını görüm,Niyə bənd oldun o geysuyi-pərişanə, könül.
Vahidin pəndinə guş eyləmədin, hərçi dedi,Tutdun hər gün özünə söhbəti-əfsanə, könül.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-sebr-qil-qurbet-era-mohnetu-hicrane-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Bilməm, nə etmişəm, yenə yar istəmir məni,Uymuş rəqibə nazlı nigar, istəmir məni.
Sən nəzərdən salmasaydın, ey hilaləbru, məniSən nəzərdən salmasaydın, ey hilaləbru, məni,Dami-eşqə bunca salmazdı yetən məhru məni.
Qismət et, yarəb, mənə daim meyü meyxanəniQismət et, yarəb, mənə daim meyü meyxanəni,Xali etmə məclisimdən saqərü peymanəni.
Oldum cünun görcəyin o zülfü qarəniOldum cünun görcəyin o zülfü qarəni,Saydım səbahədək göy üzündə sitarəni.
Poems by other poets · Love
Ala gözlü, nazlı dilbərDedi: dur get gəlirəm mən.
Nıgara zülfün ıçun çın dıyelumNıgara zülfün ıçun çın dıyelumBu müşki kâfûra perçîn diyelüm
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,