Qıldın əsir türryei-tərrarə könlümü,Zəncirə bağladın bu günü qarə könlümü.

Qıldım xəta, cəmalına bir eylədim nəzər,Saldın kəməndi-zülfünə biçarə könlümü.

Atdın həmişə səngi-cəfa, şişə könlümə,Sındırdın, almadın ələ sədparə könlümü.

Sinəm bərabərində ölümdən ki qorxmuram,Eylə nişanə birbəbir oxlarə könlümü.

Zülfün salıb kəməndə məni, dəstgir edib,Mənsur tək gərəkdi çəkə darə könlümü.

Qanım tökəndə xəncərü tiri-nigah ilə,Bir də, dübarə yarələmə yarə könlümü.

Aşiqlər içrə eşq büsatında Vahidəm,Zülfün xəyalı eyləyib avarə könlümü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love