Yavaş get
Bəzənib, qurşanıb seyrə çıxan yar,Ala gözlü Səhnəbanım, yavaş get!Hər qıya baxanda, evlər yıxan yar,Cəllad olub tökmə qanım, yavaş get!
Mən sana aşiqəm, sən mana buta,Dəhanın bənzəyir qəndə, nabata.Ləbin tənə vurur abi-həyata,Qoynu cənnət-i rizvanım, yavaş get!
Ələsgərəm, oldum dəli, divana,At müjganın, sinəm qoydum nişana.Sallanışın bənzər huri-qılmana,Kəbəm, qibləm, din-imanım, yavaş get!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-yavas-get
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Mənə
Gün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
عشق دارد هر کسی را مستمند و خوار و زارخوار باد آنکس که دارد عشق و کار عشق خوار
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmKuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.