Əlimi qaşımın üstünə qoyub,Boylanıb baxıram uşaqlığıma:Özüm böyütdüyüm dəcəl çəpişə,Əlimlə saldığım cənnət bağıma.Eheyy!! - qışqırıram, baxmayır uşaq,Bir də qışqırıram, dinmir ki, dinmir.Başa düşürəm ki, çıxmırmış səsim,Çox zaman yuxuda olduğu kimi.

Amma, təsadüfən çevrilib uşaq,Gözləri dolusu baxır uzaqdan,Birdən fikir verib mən ağ saçlıyaQaçır,bir əsər də qalmır uşaqdan.Nöqsanım,qüsurum,mən, bir də qəmim,Yüyürüb,yüyürüb,düşürük həkdən.Göydəmi, yerdəmi,ürəyimdəmiKimsə qəhqəhəylə gülür ürəkdən:-Nə fikrə getmisən, - deyir, - nə fikrə,Bir dərdin olmasa sən də gülərsən,Atsan yanındakı yoldaşlarını,Sən məni o zaman tapa bilərsən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets