Fraqmentlər
Otuzdan çox yaşamışam...Göyçayda,Bakıda,Moskvada,Tiflisdə.Arabada, təyyarədə,Gah qum üstdə,Gah dənizdə.Sevgi toranında,Mühazirə salonunda.Sevgilimlə bir-birimizə deyəcəyimizİki söz arasında.Xəstə olarkənHəkimin mənə etdiyi çarəsində.Bəzən baş tutmayan şeiriminDağılmış divarlarının xarabasında,Bəzən söz yarışında.Bəzən ölüm sözünün polyar qışında.Bəzən günlərimi başlı-başına buraxıbOnlarsız əylənmişəm.Sonra da günlərin məni atıbgetdiyindən gileylənmişəm.İllərimin çoxusu mənimlədir,Ailəmin üzvüdür.Yoxlayanda bir-bir,Görürəm bəzisindəngünlər düşüb,hara düşüb?Nə vaxt düşüb?Eh, onlar çoxdan ötüşüb.Bəzisi toz olub ayaqlar altında.Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib.
Bəzisibir vaxt kənarındaYaşadığımız çayınsuyunda axıb gedib.Amma eləsi də var ki,itməyib,könlümü incitməyib.Elə saatım var ki, ağac olubBir dost bağında,Hər dəqiqəsi bir meyvəyə dönübGöy budağında.Boynuna qol salıram saatımınOtururam ömrümünbir parçasının kölgəsində:Düzürük qızıl yanaqlı dəqiqələriOn dörd günlük Ay-boşqaba,yeyirik şirin-şirin.Hər il təkrarı olacaqbu dəqiqələrin.Hərdən düşür dəqiqələr budaqlardanyerə bir-bir.Sahibini görüb gəlir, onlar nədir,Saatım var,Bir insan sevincindəbir hissədir.Solmuş bir təbəssümünParıltısını qaytarmış.O ölməmiş. O ömr edir.Anlarım var:Leysan yağışı kimi yağmışKövrək bir insan qəlbinə;Bitirdiyi çiçəklərmükafatdır mənə.Oğlanlarıma baxıram:Boylu-buxunlu günlərimdir.Nurlu gecəm, al səhərimdir.Şeirlərimə baxıram:
Demə, ölmüş günlərimdir.Yanıb dəftərə tökülmüş günlərimdir.Otuzdan çox yaşamışam.
Peşman deyiləm.Gələcəyə baxıram,Dayan!Gör nə deyirəm.O hələ ömründən deyil,Düşün axşam-səhərSən onu fəth etməlisənSən zərrəsinə qədər.
2 aprel, 1964
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-fraqmentler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,
DostumMənə dost demədi dostum bircə yol,Nə də gətirmədi çoxlu hədiyyə.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.