Külək, dəniz, gecə, ölüm və Səlim
(Ballada)
Şəhər təzə salınırdı;Külək coşdu,Dəniz coşdu,Həddi aşdı,Dəniz daşdı.Hər dalğasıAda - şəhər üzərindəparçalananağır daşdı.Ada - şəhər üzərindədənizin daş ürəyinəbasıb,möhkəm dayanmışdı.Şahə qalxıbDalğalardan üzülürdü,Dalğaların göy dağı da,Göydə birdən sökülürdü,tökülürdü,Göylər kimişəhər üstə,Az qalırdı o dağıdaDəmir-taxta küçələri,Küçədəki dirəyi də,Ürəkdəki dirəyi də.Parçalamaq istəyirdiÜrəklərdənSaf məhəbbət lövbərinigənc şəhərin.Tökülürdü şəhər üstəqorxunc,nəhəng şəlaləsiboz Xəzərin.
KişnəyirdiDəniz...Külək...QışqırırdıBir at kimi,on at kimi,yüz at kimi...Qırat kimi,Dürat kimi.Dəlilərin atı kimi,Boz at kimi.Birdən-birə xətt qırıldı,İşıq söndü.Şirin nə var həyat kimi?!Gözlər daha lazım deyil,Dəniz - "ölüm",Külək - "ölüm",İnsan isə - "işıq" deyir.Oğul gərəkÖlümün gur dalğaları,Parçalanan sərt dağları,Fiti,səsi arasındaAxtarsın da,arasın da,Gedib çatsınparçalanmışbir sinirə.Gərək neçə ölüm udavə sinirə.Ada - şəhər kənarındaDörd ayaqlı kiçik otaqTitrəyirdi soyuqlamışzürafətək...Mədəsində altı cavan.Biri qalxdı: - Gedəm gərək,Buna çarə edəm gərək.
Biri: getmə, gərək deyil,məhv olarsan.– Gedəcəyəm, - ürək deyir.Yandı fənər,Nur zolağıyardı qatı qaranlığı,Qalın, kobud, cod gecəyəSaplanmış bir xəncər kimiİşıq saçdı.Əriyib bir zolaq qalmış səhər.Beş cavan da,Durdu, getdidostlarının arxasıncaqaça-qaça,Dalğayla bir,küləklə bir,soyuqla bir,Ölümləri quca-quca.Qabaqdaydı işıq, Səlim.Fənərinin nur zolağıişləyirdi avar kimi, -Yerlə göyü birləşdirənqaranlığın dənizində,Gah dibində, gah üzündə.Nur zolağı bir dirəkdənyapışdı bərk.Budur demək.Çıxdı Səlim,Çıxdı Səlim,Çıxdı dəniz.Çıxdı külək...Bir dirəkdəSəlim,İşıq,Dəniz,Külək...Səlim deyir çatam gərək,
Parçalanmış məftilləriBir-birinə çatam gərək.Qalxır Səlim,Heydən düşür,Gah dayanır,Gah sürüşür.Qalxır Səlim,Dişlərilə dostlarınınSözlərindən tuta-tuta.Sözlər batır dalğalardaXırda-xırda balıq kimi,Dirək titrək dor ağacı,Şəhər gəmiQalxır Səlim.Gücdən düşür saralaraqƏlindəki fənər ölür,atır Səlim.Qaranlığın heçliyinəbatır Səlim.MəftilləriAxtar..Axtar...Axtar...Ax...Axır tapır Səlim.Yaş məftili qapır Səlim.Hər əlində bir məftil var.Köks ötürürQəlbi vurur...vurur...vurur...Bir ovucda ailələr,Bir ovucda ada-şəhər...
Ovucları adam dolu,Məktəb dolu.Yollar dolu,
Bahar dolu.O bağlayır paslı,kobud bir məftiləTəbəssümü təbəssümə,Ailəni ailəyə.Üst də dəniz,alt da dəniz.Yanır işıq -Qızıl dəniz!Parçalayır qaranlığıDalğaların başı üstdənFırladır uzaqlara.Çırpır suyun üzərinə,Deyir ki, sox gözlərinə,Səpələnir qaranlığınParçalarıora-bura,Qalxır şəhər,Məğlub olurKülək,Qorxu,Ölüm,Xəzər.Səhər-səhərHamı axır kluba ki,Qəhrəmanı görə bilsin,Barı salam verə bilsin.Oyananda Səlim səsəPəncərədən baxır,deyir:– Olub nəsə?Səslər gəlir:Gedirlər ki,Qəhrəmanla görüşsünlərsəhər-səhər.
Səlim qalxdı,mən dəgedim,baxım deyə.O geyindi,o yollandıQəhrəmanla görüşməyə.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-kulek-deniz-gece-olum-ve-selim
Use ← → keys to move, R for a random poem