Gəldim bu yerlərə
Gəldim bu yerlərəVə əllərimiBoynumun ardında daraqlayaraqUzandım laləli otlar içində,Gözümdə, könlümdə baharlı maraq.O qədər baxdım ki, mavi göylərə,Onlar duydu məni,sinəmə endi.Ağlağan söyüdün altından axanArx da "Əli" deyib astaca dindi.
Bahar gül-çiçəklə yağdı başıma,Dinib-danışmadan boşaldım, doldum.Uzandım beləcə...Qovuşdum yerə,Axırda özüm də yer boyda oldum.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-geldim-bu-yerlere
Use ← → keys to move, R for a random poem