Necə unudum
Deyirlər səbr elə, birtəhər unut,O şirin səslimi necə unudum.Yaş ötüb, ömrümün payız vaxtıdı,İlk bahar fəslimi necə unudum.
Həyatdan köçəli yuxuya dönüb,bir az bayatıya, ağıya dönüb,Tamam hissə dönüb, duyğuya dönüb,duyğumu, hissimi necə unudum.
Məhəbbət, ailə əyləncə deyil,bir ömür sürmüşəm, bir gecə deyil.Mən necə unudum, bu, məncə deyil,əslimi, nəslimi necə unudum.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-nece-unudum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.