Rəsul Həmzətova məktub
I
Şairə, torpağa hörmət, ehtiram,şerim layiq olsun qoy adınıza.Xoşdur dediyiniz hər duzlu kəlam,əhsən sizin də öz ustadınıza.
Lakin əziz şair, başqadır sözüm,nə deyim, bəlkə bu, adi ricətdir.Bir qədim torpağın adından sizəbəlkə də birinci müraciətdir.
Bilirəm siz həssas, ürəyi təmiz,müdrik oğlusunuz bir məmləkətin.Bir də ictimai xadimsiniz siz,şanlı üzvüsünüz siz hökumətin.
Halal haqqınızdı, ad almısınız,yaşayın sənətin bu vüqarıyla.Qalxıb pillə-pillə ucalmısınız,siz öz şerinizin misralarıyla.
Böyükdür ürəyin eşqi, diləyi,şeir də, sənət də yerin səsidir.Dünyada bəlkə də şair ürəyiən kövrək duyğular səlnaməsidir.
II
Keçdiniz bir səhər bizim Arazı,siz ilk elçiydiniz,rəsmi bir qonaq.Qoca Vergilinin “Eneida”sıArazdan danışıb eradan qabaq.
Nə vaxtdı sərhəddi,o, qan-qarğışdı.sahili gül açıb bağça-bağ olmur.Araz – bir ərimiş maye qılıncdı,əyilib torpaqdan qaldırmaq olmur.
III
Bir şair dostum var, eşqi bir aləm,Təbrizdə söhbəti, sözü deyilmir.Sərhəd dirəyidir, əlində qələm,elə hey laxladır, çıxarda bilmir.
Biriylə yanaşı eyvanımız var,sevir bu torpağı, həyatı, şair.Bakıda bizim bir ünvanımız var,amma taleyimiz ayrıdı, şair.
Onların şerini çox oxumuşam,görün bir nə deyir bu iki misra:“İki bölünməkdən elə qorxmuşam,çöpü də ikiyə bölmərəm daha”.
O taydan bu taya pənah gətirən,doğma anasından ayrılıb gələnqızlar ana oldu, nənələşdilər,fəqət istiqbaldan yoxdu bir xəbər.
IV
Oxudum mən “İran silsilənizi”,var olsun o qələm, o ilham, şair,Amma “Azərbaycan silsilənizi”oxumaq dilədimdanmıram, şair.
Düzü, istədim ki, siz deyəsinizorda Azərbaycan məmləkəti var.Siz, Rəsul Həmzətov, söz deyəsiniz!hər xalqın, millətin heysiyyəti var.
Bizdən siz idiniz, bir nəfər, şair,görən bizim xalqı, qədim torpağı.Bir də uman yerdən küsərlər, şair,sizdən gözləyirdik, umurduq, axı.
Orda tarixi var Azərbaycanın,xalqın zəkası nur, sinəsi dastan.Siz də yazmısınız – qoca Xoyyamın,bir də Firdovsinin yurdudur İran.
Əzəli hökmüdür bu, cəmiyyətin,kimə danış deyir, kimə sus, deyir.Əvvəldən indiyə hakim millətinzövqü hakim olub, –Marks düz deyir.
Xalqın tarixini o dandı, şair,qabıqdan çıxdıqca qabarlı əllər.Minillik ləyaqət tapdandı, şair,sübutmu göstərim, –tufanlı illər!
Altıda¹ Səttarxan hərəkatı var, –Lenin qiymət verib öz zəkasıyla.Tarixin ayrıca hesabatı var,Təbriz fəxr eləyib oğlu-qızıyla.
Kəsib qapısının ağzını düşmən,xalq yenə yaşıyıb o pislik ilə.İyirminci ildə Xiyabanidənİran qisas aldıacizlik ilə.
Vaqifin şerini bəyənmədilər,“xər dili” –gör necə böhtan dedilər?o “xəri” sizə də ötürdü, şair,farsın fars vicdanı götürdü, şair.Hardaydı sizdəki sözün kəsəri?Farslar unutmuşdu soyadlarını,İsgəndər Daranı qoydu o yerə,farslar türkə qoyur öz adlarını.
Siz bizim Vurğunu “Ustad” saydınız,Qaysınla birlikdə siz arxaydınız.
¹ 1905–1911-ci illər nəzərdə tutulur
Hələ Mustay Kərim – şair dostunuz,hansı bir ürəyə siz toxundunuz?!
Yəqin “Yandırılan kitablarımız”¹çıxıb yadınızdan bir anlıq orda,Yaxın qonşusuyuq qədim İranın, –YAXŞILIQ burdadı, YAMANLIQ orda.
Burda Firdovsini sevirdik biz də,“Şahnamə” oxuduq öz dilimizdə.Sabiri dandılar İranda müdam,ananın döşünü kəsdilər, şair,oğulun başın kəsdilər, şair,dünya şairləri susdular, şair!
Qırx beşdə təzədən millət yeridi,dərs alıb mərd oğlu Pişəvəridən.O da BU TƏRƏFDƏ –düz qırx yeddidə,maşın qəzasına düşdü “qəfildən”.
Kiçik bir hekayət danışım sizə,Düşməyib bu, “İran silsilənizə”.Soyuq səngərlərdə fədailərdənbiri yaralanır bir neçə yerdən.Yaralı, həkimi yaxına qoymur,Xahiş eləyirlər, başa salırlar,yenə “yox” – bir kəlmə cavab alırlar.Yalnız Sərdar gəlsin, deyir o cavanSəttarxan yetişir– Oğlum!– Atacan,deyin qadın gəlsin, ağırdı yaram,o vaxt paltarımı mən soyunaram.Oğlan geyimində, baba, qızam mən,yerdən qalxan kimi oğlunuzam mən.
¹ S.Vurğunun “Yandırılan kitablar” şerinə işarədir (red.)
Sərdar “əhsən” deyib öpür alnından,tarixə şöhrətdi o qız, o cavan.
Qoy heç kəs deməsin zaman unudur,hələ imtahanı çoxdu zamanın.Beləcə, qısaca tarixi budur,bizim o Taydakı Azərbaycanın.Mən də kitabları varaqlamışam,bu yerlər tanınıb namus-arıyla.Alban torpağında – öz ulu babam,vuruşub Pompeyin ordularıyla.
Şair, eşidilir səsiniz sizin,deyin, hər nidanız mənə əzizdir.Həmzətov kürsüsü var şerimizin,bu ən hərarətli nəfəsinizdir.
Gəzdiniz, gördünüz uzaq diyarı,o günlər tarixi günlərdi, şair.Göy Məscid,Urmiya,Təbriz bazarı...Hərəsi ayrıca əsərdi, şair,sizin şerinizi bəzərdi, şair.
Qoca Şəhriyarla söhbətinizdən,sizin mehrinizdən, ülfətinizdənbir dastan yaradıb el elə yayıb,ürəyə od salır hər cümləsiylə.Hələ bir şeriniz çap olunmayıb“Təbriz”,ya “Urmiya” sərlövhəsiylə.
V
Burda ehtiram var daima sizə,əziz saxlayırıq biz də bu hissi,
Nəbi yola salıb sizi Təbrizə,özü görməyibdi hələ Təbrizi.
Vurğun qayıdıbdı Xüdafərindəno yanıb bu odla, bu ehtiramla.O vaxt köks ötürüb o da dərindən,şair, qəm ekizdi burda Arazla.
Süleyman Rüstəmin şeri, qəzəlideyir ki, əl vurma, külümdə köz var.Qürbətdən vətənə baxdı Füzuli,vətəndənvətənə baxır Bəxtiyar.
Bəzən od püskürür yerin nəfəsi,şair narahatdı, alim nigaran.O tayla bu tayın müqayisəsi,özünüz gördünüz: zəmin-asiman!
Sizə də doğmadı məncə, bu torpaq,rəmzidir baharın, bir də ki, yazın.“İran silsiləniz” tamamlanacaqyeni nəğməsiyləyalnız Arazın!
Qızınır daima ürək bu oda,səhər – inandığım bir həqiqətdir.Mənim bu xahişim,bu məktubum dasizə və tarixə müraciətdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-resul-hemzetova-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Məni imtahana çəkdi təbiət,yollarda bərkiyə-bərkiyə gəldim.
ÜrəyimNiyə ağrıyırsan, nədir möhnətin?Nəğməsi dilində qalan ürəyim.
Adsız bulaqBulaq suyu, nə sərinsən, nə ətirli bir dadın var,Nə bir qulluq eləyənin, nə də məşhur bir adın var.
Xaricilər“Daşkənd” mehmanxanası...gəlir növbətçi rəis:
Poems by other poets · Homeland
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
QaldıSitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.