Vətəndən soruş
Məni imtahana çəkdi təbiət,yollarda bərkiyə-bərkiyə gəldim.Könlümdə təsəlli, gözümdə ülfət,bu dünya sərgidir, sərgiyə gəldim.
Taleyi kimiyə adi bir çomaq,kimiyə qiymətli firuzə verdi.Harda ki, dinmədim, susdum heç nahaq,ağardı saçlarım, büruzə verdi.
Gördüm həyatımda kimsəsizliyi,yaxşılıq axtarıb dadım pisliyi.Göydə yox, yerdəki çəkisizliyieşidən nə bilər, görəndən soruş.
Mən tənha bir evdə həyata gəldim,gəldiyim yolları piyada gəldim.O qədər susdum ki, fəryada gəldim,sevincin qədrini sən məndən soruş.
Həyat, əzizimsən, sən mənimkisən,sən məndən ötəri, həyat, ikisən.Qalsam – kimliyimə cavabdehəm mən,getsəm – kimliyimi vətəndən soruş.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-vetenden-sorus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yaxşılar pislər ilə yar ola bilməz, məncə,Pis adam yaxşı sənətkar ola bilməz, məncə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,
OyanmazQaşı cəllad, gözü yağıYatıb oyanmaz, oyanmaz.