Mən öz tariximi varaqlayıram,Romanın ən qədim kitablarında.İgid oğullara yas saxlayırambeş yüz il, ya min il sonra olsa da.

Onların adını yanlış yazıblarhələ Heredotun vaxtından bəri.Burda hakimlərə qulaq asıblardünyanın ən böyük tarixçiləri.

Nə qədər knyazlıq, şahlıq və xanlıq...gəlib soxulublar ərazimizə.“Dostluq”, “bərabərlik”, “əmin-amanlıq”.“sülh” təklif eləyib fatehlər bizə.

Bizə “vəhşi” deyib qoca Plutarx,Pompeyə sərkərdə...de, haqqı varmı, —doğma torpağında vuruşan bir xalqbeşiyi başında vəhşi olarmı?!

Dağıldı babamın ulu vətəni,divanlar quruldu burda xalq üçün,Qafqaz vəhşi oldu, Roma mədəni,o öldü, bu qaldı, yaşamaq üçün.

Talandı el-oba xəyanət ilə,suları lal axdı Kürün, Arazın.Gərək əsr-əsr ədalət iləborcunu qaytarsın Roma Qafqazın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland