V.A.Uğryumi
Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.
Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
Dünya müharibəsi zamanı səfərbərliyə düşüb, əskəri hissələrdə, Gəncə və Qroznı şəhərlərində tamaşalar vermişdir.
Bu aralıq teatr münəqqidi olmaq üzrə müxtəlif qəzetlərdə iştirak etmiş, 1919-cu ildə Bakıda “Mumus” teatrosunun müdiri və rejissoru olmuş, 21-ci ildə Türk qadınlar studiyasında, Dövlət Türk Teatrında və Çocuqlar sarayında çalışmış, eyni zamanda Rus Dövlət Dram Teatrı rejissoru olmuşdur. Nəhayət, bu sonsuz çalışmalardan yorğun ikən ağır bir halda xəstələnib müalicə üçün Moskvaya getmiş, burada da sakit qalmayıb M.Ğ.H.İ.Ş. “Ermitaj” teatrında çalışmışdır. Uğryumi (leğimbiya) xəstəliyindən müalicə edilirkən Moskvada Xalq Maarif Komissarlığı tərəfindən incəsənətlər cəhətincə (akademik) adını almışdır. Nəhayət, Uğryumi Bakıya qayıdıb 24 və 25-ci illərdə xəstəliyinə baxmayaraq, Türk Dövlət Tənqid-Təbliğ Teatrında baş rejissor olmaq üzrə çalışırdı.
Uğryumi Bakı tərəfindən dünya sənətinə verilmiş və yalnız Bakı deyil, bütün Şuralar İttifaqı səhnəsi üçün dəyərli, müqtədir bir sənətkar idi.
Uğryumi səhnədən həyat və məişətinin yaxşılaşması üçün deyil, bəlkə öz həyatından səhnənin tərəqqisi üçün istifadə edən, incəsənət və səhnə uğrunda bütün varlığı ilə çalışan, ən az buluna biləcək fədakar sənət sevicilərindən biri idi.
Olduqca geniş və mükəmməl bir bilik və məlumatdan başqa incə bir zövqə, böyük bir artist, sənətkar dühasına malik idi.
Bütün həyatını səhnəni öyrənməyə sərf etməklə nəticədə bütün varlığı ilə yeni bir səhnə yaratmağa çalışır və bu uğurda heç bir fədakarlıqdan çəkinmirdi.
Böyük bir talant öz inkişafının ən parlaq bir vaxtında, getdikcə parlamaq və yüksəlməkdə ikən amansız bir ölümün pəncəsində məhv oldu.
Gələcəyə bir çox yeniliklər vəd edən Uğryuminin ölümü, əlbəttə, bütün sənət seviciləri, xüsusilə səhnə üçün böyük və unudulmayacaq bir itkidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-v-a-ugryumi
Use ← → keys to move, R for a random poem
More by this author
Gün qürub etməyə edirdi şitabKainata enirdi bir zülmət.
Məhəbbət aləmi qəmdirMəhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
Məhəbbət əşarıBir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Mənim TanrımMən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.
Poems by other poets
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin