Səhənd dağı
Səhər erkən alaçıqlar qurulmuş“Qaranqu”nun kənarında, otlaqda.Şəfəq gülür suda, Səhənd oyanır,Sədəf rəngli, incə ipək yataqda.
Baxır Səhənd, keçən ilki dostları,Gülərüzlə, uzaqlardan səsləyir...O bir dağdır, lakin onun ürəyi,İnsanlara dərin sevgi bəsləyir.
Deyir: – Gəlin, sürüləri otladın,Çəmənlərim, çayırlarım sizindir.Aclıq görüb, korluq çəkən obalar,Gəlin için, bulaqlarım sizindir.
Sizin üçün yamacları bəzəyib,Gözəl quşlar bəsləmişəm sizlərə,Çıraq kimi qızıl lalə yandırıb,Yaşıl xalı döşəmişəm hər yerə.
Gəlin qurun çadırları, buraxınOtlasınlar otlaqlarda at, qoyun,Uşaqları buraxınız gəzsinlər,Od yandırıb qaranlıqda, toy tutun.
Sizdən uzaq, qara günlər görmüşəm,Çox çəkmişəm həsrətizi, bir il var,Deyin görüm, bu bir ildə nə gördüz?Nə eşitdiz bu dünyada, obalar?
Gəlin için sularımdan doyunca,Dağın malı yellərindir, selindir,Qayalarım, suyum, otum, otlağım,Ətəyimdə bəslədiyim elindir.
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-sehend-dagi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,