Çıxma qabağıma, ey ər şikəstim!Qoltuq ağacların sinə dağımdır.Sizləri görəndə mən hər, şikəstim,Elə bilirəm ki, axır çağımdır.

Çıxma qabağıma, baxa bilmirəm:Yerişin şahanə, qanadın təkdir.Nə deyim, nə yazım, daha bilmirəm,Ona yazdıqlarım çoxmu gərəkdir!

Çıxma qabağıma... dözə bilmirəm,Necə rəvan keçim yanınnan, oğul!Əzab-əziyyətsiz gəzə bilmirəm,Mənimçin keçmisən canınnan, oğul!

Çıxma qabağıma... qorxuram birdənSənə bir çeynənmiş təsəlli verrəm.Həm qoç koroğludan, həm Cavanşirdən,Babəkdən, nəbidən salam göndərrəm.

Minməyib sükuta bürünək barı,

Üstündə yarpağı budaqlar gedir.Uçur tək qanadlı durna qatarı,Qoltuq ağacıyla uşaqlar gedir.

14 yanvar, 1993.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets