Məsləkin hikmətin qəvaidinə, –Ey bəradər, bütün mənafidir.Namənin əslinə, zəvaidinə,Sözlərim bir cəvabi-şafidir.Etiraf eylərəm ki, fikrincə,Ədd olursan zəvati-nadirdən.Olma qafil və leyk sən bunca –Bir müqəddəs vücudi-qadirdən.Kainatın rümuzi-xilqətinə,Kimsə vaqif deyil, bu zahirdir.Xaliqi-aləmin hüviyyətinə,Öz vücudun dəlili-bahirdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qəndin vücudumuza olan faydası

Bu aləmşümul müharibənin təsirindən bütün müharib və qeyrimüharib dövlətlərin həyati-ictimaiyyələrində bir çox təbəddülat vaqe olduğu hər kəsin məlumu olsa gərəkdir. Xüsusən ən zəruri məkulat cümləsindən olan qənd böhranı hər kəsin zehnini məşğul etdiyi kimi, su üzünün hakimi-ələlitlaqı olan İngiltərə əhalisini də düşündürmədədir. Odur ki, “V.Z.” jurnalında İngiltərə doktorlarından Sili adlı bir nəfərin fövqəzzikr ünvanla mündəric bir məqaləsi vardır ki, onun xülasəsi budur: istemalına mail olduğumuz bəzi əşya var ki, qaliba vücudumuza zərərdir. Onlardan təhriz etməmiz lazımdır. Lakin bəzi şeylər də var ki, sövqi-təbiətlə ona həvəskar və məyyal olduğumuz halda, tibb nöqteyi-nəzərincə də bəqayi-vücudi insanidə onun böyük əhəmiyyəti müşahidə olunur. İştə qənd o qəbildəndir ki, hər kəsin mötadı olduğu kimi, vücudumuzun səhhət və səlamətinə də ən nafe, ən müfid bir şeydir.İndiki halda şəkli-zahirisi ilə məlumumuz olan qənd əyyamisələfdə belə deyildi. Keçmiş zamanlarda Avropa əhalisi qəndin olmasından belə xəbərdar deyildilər. Sevdikləri və yedikləri şirin meyvələr və arılardan əxz olunan bal olmuşdur. Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur.

19175 min
Millət məclisi

Türk mütəfəkkirlərindən doktor Abdulla Cövdətbəy yazır: “Cümhuriyyəti-idarədən əvvəl cümhuriyyəti-ruha malik olalım. Cümhuriyyətiruh... hüququnu və vəzaifini bilmək, bunları təqdis və ehya etmək və müsaəfəkar olmaqdır. Cəhl və təəssübdən ari olmayan ruhların təşkil etdikləri idarə hökuməti-cümhuriyyət belə olsa, ən səfil bir idareyiistibdadiyyə münziləsinə düşmək zəruridir. Mükəmməl, adil, tərəqqipərvər bir hökumətimizin olmasını istəyirsək, hər birimiz mümkün olduğu qədər adil, mütərəqqi, qəni, müstəğni və alim olalım. Fəqir bir millət hürr bir millət olamaz. Fəqir və hürr bir millət hürriyyətini mühafizə edəməyəcəkdir. Fəqirlik siyasi və iqtisadi əsarətlər toxumlarının sürətlə nəşvü nüma bulduğu bir zəmindir. Bu həqiqəti daima təkrar etmək savab və savab olduğu qədər savabdır”.Mülahizə buyurulsun, nə böyük həqiqət və böyüklüyü qədər də bu gün də bizim öhdəmizdə nə qədər bir böyük məsuliyyət olduğunu işar edir. Bu, maföqüz-zikr bəyanatı diqqətlə düşünərsək, şəraiti-mühitiyyə və məhəlləyyəmizə və əhvali-ruhiyyə və vicdaniyyəmizə aid nə kimi bir məqamda bulunuruq? Cümhuriyyəti-idarəyə malik olmaq üçün bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yox deyildir. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzaifinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin kütleyi-əvam, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər milli məktəblərimiz olmasaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunmasaydı, bugünkü gün bu hala qalmazdıq. Nə isə məza-ma-məza, keçən-keçib. İndi nə etməli? Zənni-acizanəmə görə quberniya şəhərlərində mərkəzi təşkilat təsis olunmalı və onlardan bir şöbə uyezd şəhərlərində açmalı və bütün ətrafa qəryələrə, dəhata, obalara, ellər və əşirətlər arasına birər nümayəndələr göndərməlidir. Xülasə, bu xüsusda heç bir fədakarlıqdan çəkinməməlidir. Xüsusən ki, irəlidə tətil günləri yaxınlaşır, yay mövsümü gəlir. Məktəblər bağlanıb, mütəəllimlər azad olub, müəllimlər asudə olacaqlar.

19173 min
Üçüncü bir düşmən

Məmləkətimizin keçirməkdə olduğu bu böhranlı dəqiqələrdə – ki, bir tərəfdən xarici və bir tərəfdən daxili düşmənlər ilə mübarizə etməyə məcburuq, – iştə üçüncü bir düşmən də bizi təhdid edir. Fəqət bu düşmən, daha bədtər, xunxar, əski hökumət tərəfdarlarından da yaman qəddardır. Bu düşmən heç kəsə rəhm etməz. Bu düşmən kimsəyə aman verməz: arvad-uşaq, kiçik-böyük, yaşlı, cavan, qəvi, zəif – hər kəs olursa-olsun, bu düşmənin əlindən qaçıb qurtarmaz. Bu düşmən qövmiyyət, cinsiyyət tanımaz, məzhəb, millət anlamaz. Amansız sualtı müharibəsi bunun yanında toy-bayramdır. Çeppelinlər bunun müqabilində oyun-oyuncaqdır.Bu düşmən kimdir və nədir? – deyə sual olunduqda, ərz edirəm ki, o xəsmi-cani aclıq və qəhətlikdir!

19173 min
Şamaxıdan (müxbir məktubları)

(Müxbir məktubları)1

191716 min

Poems by other poets