Türk mütəfəkkirlərindən doktor Abdulla Cövdətbəy yazır: “Cümhuriyyəti-idarədən əvvəl cümhuriyyəti-ruha malik olalım. Cümhuriyyətiruh... hüququnu və vəzaifini bilmək, bunları təqdis və ehya etmək və müsaəfəkar olmaqdır. Cəhl və təəssübdən ari olmayan ruhların təşkil etdikləri idarə hökuməti-cümhuriyyət belə olsa, ən səfil bir idareyiistibdadiyyə münziləsinə düşmək zəruridir. Mükəmməl, adil, tərəqqipərvər bir hökumətimizin olmasını istəyirsək, hər birimiz mümkün olduğu qədər adil, mütərəqqi, qəni, müstəğni və alim olalım. Fəqir bir millət hürr bir millət olamaz. Fəqir və hürr bir millət hürriyyətini mühafizə edəməyəcəkdir. Fəqirlik siyasi və iqtisadi əsarətlər toxumlarının sürətlə nəşvü nüma bulduğu bir zəmindir. Bu həqiqəti daima təkrar etmək savab və savab olduğu qədər savabdır”.

Mülahizə buyurulsun, nə böyük həqiqət və böyüklüyü qədər də bu gün də bizim öhdəmizdə nə qədər bir böyük məsuliyyət olduğunu işar edir. Bu, maföqüz-zikr bəyanatı diqqətlə düşünərsək, şəraiti-mühitiyyə və məhəlləyyəmizə və əhvali-ruhiyyə və vicdaniyyəmizə aid nə kimi bir məqamda bulunuruq? Cümhuriyyəti-idarəyə malik olmaq üçün bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yox deyildir. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzaifinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin kütleyi-əvam, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər milli məktəblərimiz olmasaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunmasaydı, bugünkü gün bu hala qalmazdıq. Nə isə məza-ma-məza, keçən-keçib. İndi nə etməli? Zənni-acizanəmə görə quberniya şəhərlərində mərkəzi təşkilat təsis olunmalı və onlardan bir şöbə uyezd şəhərlərində açmalı və bütün ətrafa qəryələrə, dəhata, obalara, ellər və əşirətlər arasına birər nümayəndələr göndərməlidir. Xülasə, bu xüsusda heç bir fədakarlıqdan çəkinməməlidir. Xüsusən ki, irəlidə tətil günləri yaxınlaşır, yay mövsümü gəlir. Məktəblər bağlanıb, mütəəllimlər azad olub, müəllimlər asudə olacaqlar.

Doğrudur, müəllim əfəndilər il uzunu zəhmət çəkib indi rahat olmaq istəyirlər. Lakin zənni-acizanəmə görə indi istirahəti millətə fəda etməliyik. Xeyr, çarə yoxdur. Hər nəhv ilə olsa, istər müəllimlərə, istər tələbələrə, istər rüşdiyyə, istər ya ibtidaiyyə məktəblərinin yuxarı siniflərinin şagirdlərinə təlimat verib ətrafa göndərməlidir. Əlbəttə, onlar üçün zimnən istirahət müyəssər olacaqdır. Yaylaqlara köçmüş ellərin, qəbilələrin içərisinə birər məbus göndərməli, vaxt və zamana münasib vəzaif və hüquqi-bəşər haqqında, hürriyyət və məşrutiyyət babında sadə və asan bir dil ilə camaata bəyanat vermək, əmnü asayişi təmin etmək, hürriyyətin möhkəm və paydar olması xüsusunda təlqinat və təbliğatda bulunmalıdır.

Oxumuşlarımız bu hala qədər avamdan qaçmağı özlərinə şüar etmişlər. Halbuki əgər yaxından bələd olsalar, haman bəyənmədikləri avamünnasın arasında elə pak nasiyələr, elə saf vicdanlara təsadüf edərlər ki...

Nə isə, vaxt keçir, zaman bizi bəkləmir. Bu halın bir dəqiqəsi keçmiş illərin əsrlərindən qiymətlidir. Farslar kimi “bə mən çe” deyib və durmaq vaxtı deyil, işləmək, çalışmaq vaxtıdır...

Ey xalqın bərgüzidə alimləri, ey millətin möhtərəm müəllimləri! Ümidi-istiqbal sizdədir. Millətin göz dikəcəyi sizlərsiniz. Qoşunuz millətin imdadına, qoşunuz! “Pəs, əz ülfət qəfəs həm aşiyan şüd” misrasının məzmununca illərlə qəfəsdə qalmış və onunla ünsiyyət etmiş bir quş kimi azad olduqda uçmaqdan aciz qalmayıb da var qüvvəniz ilə əl-ayaq vurunuz. Millətin səviyyeyi-fikriyyələrini yüksəltməyə, balalara pərvaz etməyə çalışınız. Hürriyyətə, cümhuriyyətə layiq olduğumuzu hər kəsə, hər tayfaya anladınız.

Məhkumi-fəna ya məsudi-bəqa olmaq saatı mütləq yetişmiş. Bir an qəflət etmiş olsaq, nəuzübillah, bu böyük inqilab millətimizi qubar dənələri kimi girdaba alıb götürəcək. Təlimləriniz ilə cahanın çöhrəsini sizlər dəyişdirə bilərsiniz, ey müəllim əfəndilər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qara xəbər

Ey qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:

19111 min
Sabir

Güldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri,*Xəndə zən etmə məndə giryələri.*

191112 min
Sabirin tərcümeyi-halı

Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənaye-hicridə zihiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvəsnak olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imiş:

9 min
Şairi-mərhum Sabir əfəndinin qəbri

Keçən on iki iyulda sevimli şairimiz Sabir əfəndinin vəfatının bir illiyi münasibətilə heç olmazsa qəbri üzərinə bir daş salmaq üçün atidəki vəch üzrə zəvati-giram ianə buyurdular:Hacı Əbdürrəhim Səmədov 3 manat

19121 min

Poems by other poets