Axşam oldu, gün batdı, şamlar yandı,Ta səhərdən axşamacan durmadan.Gün altında tər tökərək çalışan,Əkinçilər, biçinçilər uzandı.Yorğun-arğın hərə bir yanda yatır.

Hər şey sakit, hər yer səssiz-səmirsiz,Ancaq hünü, milçəklərin vız-vızı,Bu sükutu pozur... Əkinçi qızı.Uykuda bürküdən, milçəkdən girsiz,Qollarını bu yan, o yana atır.

Var bu kənddə yenə elə yoxsullar,Nə cütü var, nə kotanı, nə kəli.Ölmək istər, yetişməyir əcəli,Allahpayı dilər, ağlar, zoqquldar.Axşamacan xırmanları dolaşır.

Ey insanlar, fərz deyilmi, bizlərə,Rəhm eyləmək, əl tutmaq acizlərə?Onların da var buz kimi ürəyi,Bir arzusu, bir eşqi, bir diləyi.Onlar sizdən daha artıq çalışır,Yaşamaqçın hər zəhmətə alışır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets