Misyonerlər çalışır cebr ilə Abxaz qövmi
Eyləsinlər hamısı dini-məsihanİ qəbul.
Qılmasınlar dəxi qanuni-şerietlə namaz,
Etməsinlər ölünü dəfn bəayini-rəsul.

Deməyirlərmi, bizim müftiye bu məsələni,
Eylə tədbir eleyə mat ola bilmerre üqul.
Ya deyirlərsə də, əlbəttə, eşitmır qulağı,
Çünki din məsələsi indi deyildir məmul.

  • "Molla Nəsrəddin", 12 oktyabr 1913, N 23

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire