Hər dəm əz in baği bəri mirəsəd,
Tazətər əz tazətəri mirəsəd.

Həqiqət, qəzetləri mütaliə edəndə hərdən bir bəndəyə bir növ şadlıq üz verir. Bu da o vaxt vaqe olur ki, qəzetlərdə bir şadlıq xəbəri nəzərimə çata.

Bugünkü şadlığıma səbəb ermənilərin baş ruhani rəisi fəzilətli katolikos həzrət alilərinin qəzetlərdə dərc olunan qərardadıdır (“Bakinski raboçi”, 73).

Həmin qərardad mocibincə Bakıda yaşayan erməni əhalisinə həzrət katolikos tərəfindən elan olunur ki, ermənilər üçün builki pasxa bayramını aprel ayının dördündə və beşində saxlamaq fərzdir. Və hökumət idarələrində xidmətdə bulunan erməni əfradını həmin günləri xidmətdən azad etmək əvamiri-müəkkidə mənziləsində xəbər verilir.

İndi burada bir neçə nöqtə var:

Bizdən soruşan ola bilər ki, aya, bu məsələnin “Molla Nəsrəddin” aləminə nə dəxli var və həzrət katolikos hara, biz hara?

Burada bizim üç cavabımız vardır.

Birinci cavabımız budur ki, erməni əhalisinin müqəddəs katolikosu bizim üçün də müqəddəs bir ruhani rəisidir və məlumdur ki, cəmi ruhani pişva və böyüklərinə Molla Nəsrəddinin həm vəqt və həmə əsrlərdə ixlas və iradatı olubdur və olacaqdır da; istər müsəlmanların müctəhidi və şeyxülislamı olsun, istər yəhudilərin xaxamı, ya ermənilərin xəlifəsi olsun (bizim üçün bezrazliçnodur).

İkinci cavabımız: bu qərardada şad olmağımıza ikinci səbəb budur ki, bir neçə ildir mən baxıb görürdüm ki, Bakıda yaşayan erməni əhalisi qarışıblar binəmaz müsəlmanlara və az qalıbdır ki, kilsə və məscidi yaddan çıxarsınlar; ibadət və riyazət əvəzinə, bu nədir? – klub, bu nədir? – kooperativ, bu nədir? – yığıncaqlar... Erməni müsəlmana qarışıb, müsəlman yəhudiyə... Nə məscid? Nə minbər? Nə kilsə? Və əgər bir az da belə getsə idi, vallahi və billahi, nə bu milləti o millətdən seçmək olacaq idi, nə də o milləti bu millətdən. Amma, şükür olsun Allaha, bir tərəfdən yoldan azan müsəlman qardaşları şeyxül-islam məscidə çəkir, digər tərəfdən erməniləri katolikos kilsəyə dəvət edir, habelə yəhudi və habelə gürcu, habelə sünnilər və habelə Əli şiələri.

Üçüncu cavabımız budur ki, Oktyabr inqilabından bu yana həzrət katolikosun ismi-şərifləri bir yanda zikr olunmurdu və nəzərə belə gələ bilərdi ki, əhyana, xudanəkərdə, bəlkə xəlifə həzrətləri də bizim ruhani rəislərimiz kimi, kilsənin bir guşəsində, əlində təsbeh əyləşib baxıb görür ki, dəxi onun da vaxtı keçdi getdi.

Bəli, qəzetdə müqəddəs katolikos həzrətlərinin hökmünü nəzərə alıb, qəlbimin dərin yerindən bir ah çəkdim və öz-özümə dedim: “Fəda olum sizə, ey millətlərin axirət gününün qeydinə qalan xəlifələr, imamlar, müctəhidlər, xaxamlar, şeyxül-islamlar və şeyx qənilər ki, hələ də nəfəsiniz vardır”.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 3 aprel 1926, №14

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qurban bayramı

Necə ki mömin din qardaşlarıma məlumdur, üzümüzə gələn zilhəccə ayının onuncu günü Qurban bayramıdır ki, ərəb dilində ona “Eydi-Əzha” da deyilir.Bu bayramın əzəməti və şərafəti çox-çox böyükdür. Hətta inqilabdan qabaq Bakıda nəşr olunan “Azadixah” İslam ruznamələri və bizim ən məşhur əhli-elmlərimiz Qurban bayramının hörmətinə dair o qədər qələm çalardılar ki, məscidlərdə əmmaməli vaizlərimizə macal verməzdilər.

3 min
“Əncüməni-xeyriyyə”

Bu axır vaxtlarda “Əncüməni-Xeyriyyə” söhbəti hər yanda danışılmaqdadır ki, guya başbiletlərdən mədrəsə mənfəətinə alınan pulların hesab-kitabı filan, filan, filan.Bunu qabaqca ərz etmək lazım gəlir ki, Əncüməni-Xeyriyyə deməkdə bu özü əslindən xeyirli bir işdir. Çünki Allah-taala özü müqəddəs kitabında buyurubdur: Hər kəs bu dünyada bir xeyir iş tutsa, axirətdə onun qabağına xeyir çıxacaq. Amma şər iş tutsa, axirətdə də onun qabağına şər iş çıxacaqdır.

2 min
Tulanbar eşşəyi, məxmər palan

Kəblə Nəsir kişinin bir az ağlı başından çıxıb, ona görə də hər kəsi görüb deyir ki; tulanbar eşşəyi, məxmər palan. Xalq da gülür, deyir ki: a kişi, bu sözün mətləbə nə dəxli var.Doğrudan da ki, dəli kəblə Nəsir, dünən görürəm bir nəfər arvadı tutub deyir ki, sən bura nə üçün gəlmisən? Arvad deyir ki, gəlmişəm qardaşımı evləndirmək üçün qız bəyənim. Deyir: qardaşın nə iş görür? Deyir ki, dəniz kənarında ticarəti vardır. Deyir: Yaşı neçədir? Deyir: 60-dan bir az yuxarıdır.

1 min
Müsəlla

Necə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu.Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir?

2 min

Poems by other poets · Satire