Vəlvələ
Mart ayının 16-da on səkkiz nəfər türk qadını mamalıq dərsini qurtarıb, mamalığa şəhadətnamə aldılar.
Bu xüsusda həmən günün axşamı Əli Bayramov klubunda müsamirə qurulmuşdur. On səkkiz nəfər qadın camaatın alqışı ilə səhiyyə komissarlığı tərəfindən böyük bir iltifata nail oldular.
Orada söylənən nitqlərdən yadımda qalanlar budur:
Bu on səkkiz nəfər türk qadını Azərbaycanın qəzalarına dağılacaqlar və orada çox vəlvələ törədəcəklər. Bu vəlvələləri törədənlər kimlər olacaqdır:
Əvvəla, küpəgirən qarılar. Səbəb budur ki, dəxi onların hiylələri işə keçməyəcək. Oxumuş elm təhsil etmiş mamanı qoyub, heç bir kəndli avam və nadan bir övrət xəlayiqini mamalığa çağırmayacaq. Bunun nəticəsində həmən qarıların qazancı əskiləcək. Onlar da acığa düşüb, başlayacaqlar dedi-qodunu.
İkinci vəlvələ törədənlər: Mollalarla mömin məşədilər və hacılar olacaq. Onlar da təzə oxumuş, üzü açıq türk qadın mamaları görəndə deyəcəklər: Allah sizə lənət eləsin! Allah sizin toxumunuzu yer üzündən kəssin!
Üçüncü vəlvələ törədənlər: Bir para qalifeli, bığıburma cavanlar olacaq. Bunlar da Bakıdan gəlmiş tər-təmiz, şəhərli oxumuş, dikdaban çəkməli (Bəlkə bir az da üz-gözü təmiz və qəşəng) türk qızını görən kimi başlayacaqlar xoruzlanmağa. Məlumdur ki, bunun da axırı istər həmən cavanlar üçün, istərsə qızlar üçün dərdsər olur. (Hələ bu da ötüşər).
Ancaq dördüncü əngəl bir məsələdir ki, doğrudan da bunu bilmirəm, təcrübəsiz bu təzə qadın mamalarımızı necə yola verəcəklər. Sözüm idarə xidmətçiləri ilə necə rəftar etmək barəsindədir.
Bunu bilmək lazımdır ki, mərkəz ilə qəzanın təfavütü çoxdur. Burada hər qədəmdə mama var, təbib də var, davaxana da var.
İndi məsələn götürək qəzada gecənin bir vaxtında sığorta olmuş bir xidmətçinin hamilə övrətinin artıq yeməkdən qarnı ağrıdı. Mama da uzaq bir kənddədir. Yol yox, rahat bir fayton yox.
Əgər getdi, gedib, burada dəxi özgə danışıq yoxdur. Amma getməsə də, bilmirəm axırı nə ola bilər. Allah cəmi yaranmışlarına hər bir çətin işlərdə tövfiq versin və bizim təzə təhsil etmiş türk cavan mamalarımıza da hər birinə belə çətin məsələlərin həllindən xilas olmaq yolunu asan və aşkar etsin. Yoxsa burada da vəlvələ törəyə bilər.
Cırcırama
“Molla Nəsrəddin”, mart 1926-cı il, №13
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-velvele
Use ← → keys to move, R for a random poem
More by this author
Naxçıvanda bir dəli Molla Abbas var idi. Uşaqlar başına doluşub hoydu–hoyduya götürəndə Molla Abbas camaata üzünü tutardı və belə deyərdi:– Ay camaat, vallah mən dəli deyiləm, bu uşaqlar məni dəli eləyirlər.
RəndəBəli, qızlarımızın da oxumağı getdi işinə.Bir ildən artıqdır ki, mahalları gəzirdim (yəni bir işim də yox idi, ancaq veyillənirdim). Mahallarda çox şeylər gördüm və bunu da gördüm ki, qızlarımız dəxi oxumurlar. Bunun səbəbini mən çox qurdaladım və hərə bir cür bəyan etdi: bir paralarından bunu eşitdim ki, qızların oxumamaqlarının səbəbi budur ki, inqilabdan bu yana məktəblərdə heç oğlan uşaqlarını da oxudan yoxdur. Bir neçələri də qızların oxumamaqlarına belə səbəb qoyurdular ki, onsuz da dərs kitabları və təlim şeyləri tapılmır; tapılanda da oğlan uşaqlarına heç çatmır ki, hələ qız uşağına da çatsın. Oğlanları da qoyub qızlara paylasalar, oğlanlar yumruqlayıb qızların əlindən alacaqlar.
Ağ çörək və kərə yağAl gəldi, Mozalan qardaş, sən ac fəhlə sözü danışırsan, amma qulaq ver gör mən nə deyirəm: “Baki[nski] raboçi” qəzeti yazır ki, bir gün ağaların biri mədənlərə gedəcək imiş ki, fəhlələrə nəsihət eləsin. Xülasə, camaat cəm olur, gözləyir, gözləyir, gözləyir, gözləyir, ağa gəlmir. Axırda fəhlələr başlayırlar əsnəməyə və istəyirlər dağılalar. Birdən telefon zəng çalır:– Hı, kimsən?
İnqilab lazım“Dostumuz Məmmədəlini əbəs yerə özümüzdən kəmiltifat edib İrandan qovduq. Nə oldu nəticəsi: bir dılğır parlaman.Bunan bir şey olmayacaq, yenə inqilab lazım”.
Poems by other poets · Satire
Boşboğazlara*Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,
VERMİRƏM A!..VERMİRƏM A!..(“Mən ölüm, Molla, bizim Xankişinin qanına bax”)
TövbəTövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Çəpər çəkməsinZəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!