Kəblə Nəsir kişinin bir az ağlı başından çıxıb, ona görə də hər kəsi görüb deyir ki; tulanbar eşşəyi, məxmər palan. Xalq da gülür, deyir ki: a kişi, bu sözün mətləbə nə dəxli var.

Doğrudan da ki, dəli kəblə Nəsir, dünən görürəm bir nəfər arvadı tutub deyir ki, sən bura nə üçün gəlmisən? Arvad deyir ki, gəlmişəm qardaşımı evləndirmək üçün qız bəyənim. Deyir: qardaşın nə iş görür? Deyir ki, dəniz kənarında ticarəti vardır. Deyir: Yaşı neçədir? Deyir: 60-dan bir az yuxarıdır.

– Ağırlığı nə qədərdir?

– Səkkiz put olmaz.

– Eybi-zadı yoxdur ki?

– İki qıçı şildir. İki barmaqları kəsilib, bir gözü kordur.

Kəblə Nəsir deyir ki:

– Pulu-zadı vardırmı?

– Bəli, pulu çoxdur.

Sonra Kəblə Nəsir deyir ki:

– Qızın yaşı neçədir?

– 14 yaşı tamam olmayıbdır.

– Dərsi vardırmı?

– Bəli vardır. Səkkizinci şura məktəbində oxuyur.

Kəblə Nəsir yenə danışa-danışa dəliliyi tutub dedi ki, tulanbar eşşəyi, məxmər palan.

Bu sözdə yenə uşaqlar töküldü dalısınca.

Doğrudan da ki, “dəli”. Heç bilmirsən ki, bu nə sözdür?

Dəli

“Molla Nəsrəddin”, 20 iyun 1925, №25

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Məmmədəli! (4 oktyabr 1910)

Bu gün tel vurdum ki, Manya gəlməsin və kabinet boşalsın. Bu sözlərin mənası budur ki, Vera Akimovna evdən çıxsın.İki gün bundan qabaq Səmədovlara tel vurdum ki, sənə 50 manat versin. Al, lazım olan yerə xərclə.

1 min
Əzizim Məmmədəli! (25 oktyabr 1910)

Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim.Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin.

1 min
Əzizim Sidqi! (11 dekabr 1910)

Nə tövr oldusa, bu dəfə adını Sidqi yazdım, çünki “Sidqi” çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada salır. Heyf ki, Sidqinin axırına “zadə” qondarırsan və məşhur olan Sidqinin ləzzətini azaldırsan. Xülasə.Yazırsan ki, tez cavab yazmıram sənin kağızlarına. Bunun səbəbi ikidir; biri budur ki, mən əslində kağız yazmağa tənbələm, bir səbəbi də budur ki, qıçlarım gecə və gündüz ağrıyır. Qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam.

2 min
Əzizim Məmmədəli! (2 yanvar 1911)

Genə bir az kefim yoxdur. Bəlkə bir neçə günə gələm. Gələn poçt ilə sənə məqalə və şəkil göndərərəm.Abunə pullarını poçtdan al, ver poçtxanadakı sbereqatelni kassada qalsın jurnalın adına. Kassanın kitabçası mənim stolumun sağ qutusundadır, götür.

1 min

Poems by other poets · Satire