Nə yazım
Nə yazım, ayrılıq nədir bilməzsən,Nələr çəkdiyimi çəkənlər bilər.Nə deyim, söz varmı dərdimə ölçü,Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?Nədir günahımız biz ayrı qaldıq?İşıqsız bir dünya yaşarmı artıq?Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!Bilməm xatirində yerim qaldımı?Mən bir çiçək quşu - pozmam andımı,Güllər bilməsə də, tikanlar bilər!-Dərbənd, 3 may, 1920*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-ne-yazim
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gülsən, dərmişəm gənclik bağından,Bir gülü, çiçəyi dərmərəm sənsiz.
O qızaÖmür dedikləri, çarpaşıq bir yol,O çarpaşıq yolun yolçusuyam mən.
Of, bu yolBənim yolum yalançıGirdablarla dolmuşdur.
Of, çəkilsin cəhənnəmə bir pərdəOf, çəkilsin cəhənnəm ə bir pərdəBu baxmaqdan yorulduğum dünyaya!
Poems by other poets · Separation
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
نی دست من به شاخ وصال تو بررسیدنی وهم من به وصف جمال تو دررسید
Gərçi yüz min aləm içrə var yarından cüdaGərçi yüz min aləm içrə var yarından cüda,Heç kəs mən tək deyil pərvərdigarından cüda.
Dost yolunda cəfa çəkdim, can üzdümDost yolunda cəfa çəkdim, can üzdüm,Yetişmədim bir məkanə, ay mədəd!