Müavin mana ol Sübhan olursa,Bədəndə ruhi-qüdsi can olursa,

Tutam ömrüm kimi zülfün ucun bərk,Nigara, vəslinə dərman olursa.

Çü cövhər dür saçam ol dəm gözümdən,Xəyalin lütf edüb mehman olursa.

Necə etsün qərarı can saçınlaKi, sir nə əhdü, nə peyman olursa.

Sən ol sultani-cansan, ey diləfruzKi, qapında sığar, min xan olursa.

Nə qəm, sən Xosrovin min cani-ŞirinSəri-zülfində sərgərdan olursa.

Yüzün nuri edər şəksiz hidayət,Saçın küfri mənə iman olursa.

Səadət bulur ol dəm nəhsi-əkbər,Qapunda, ey Günəş, dərban olursa,

Şu fəttan eyninin eyninə gəlməz,Ucundan dəmdə yüz min qan olursa.

Rüxün şəminə qarşı canı hər dəm,Nola pərvanəvəş büryan olursa.

Rüxün, zülfün görüb oldum müsəlman,Olur min illik ol rühban olursa.

Əgər dünyadəvü üqbadə sənsən,Həmin cana əzimüşşan olursa.

Oxur can müshəfini bigüman, olXətü xalın kimə bürhan olursa.

Görən şol vəchi-zibanı, nigaraNola gər valehü heyran olursa.

Nə sultansan ki, qapunun gədasıDurur, min Xosrovü Xaqan olursa.

Erəm ruzi-visalə, ey məhi-növ!Şəbi-hicranına payan olursa.

Dü aləmdə qəni ola fəqirin,Qapundan fəzl ilə ehsan olursa.

Qamu dərdü fəraqindən həmin bəs,Bu aşiq dərdinə dərman olursa.

Həyati-cavidan bula Həbibi,O qaşın eydinə qurban olursa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love