Əla, ey dilbərim, yarım, xərabat,Dilü can içrə dildarım, xərabat.

Bu viran dil sarayın vəsl əliləYap, ey lütf issı memarım xərabat.

Məni zar etməsün, de, xari-hicrin,A can bağında gülzarım, xərabat

Məni şol cami-meydən məst eyləKi, sənsən sətri-əsrarım, xərabat.

Mənim bu mənliyim, mülkümü yoğmaÇün etdin, türkü tatarım, xərabat.

Məhəllən gülxaninün guşəsidir,Sığıncım, bürcümü barım, xərabat.

Girov olsun da piri-meyfiruşəMürəqqa, cübbə, dəstarım, xərabat.

Ümidim bad etmə, badə vergil,Ey abu xakimü narım, xərabat.

Ənasir, şeş cəhatü həft kövkəb,Bu doqquz çərxi-dəvvarım, xərabat.

Əgər sufi vicudi nur olursa,Hədisü nəqlü əxbarım, xərabat.

Kəlamü hikmətü elmi-lədünni-Mənim mehrimdir, ənvarım, xərabat.

Bəyanü məntiqü qanuni-heyət,Qəzəl, qövlilə əşarım, xərabat.

Dəfü neyü udu şeşta çəngü bərbət,Mənim təsnifi-ədvarım, xərabat.

Məşami-canə ətrin buyun irgər,A tibb ənfas, əttarım, xərabat.

Şu firovni gözünlə qarə zülfinOlaldan bərü səhharım, xərabat.

Dəli-divanə oldum məst gözündən,Bil, ey danayi-buşyarım, xərabat.

Həbibi niyc ed istiğfarü tövbə*Ki, əzəldən oldun əhranın, xərabat.

Könül çirkin yu getsin Fəzl əliylə,A tahir, pak əbharım, xərabat.

Məni bu ikilikdən birə irgər,A həftü pəncümü çarım, xərabat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love