A bimürvət, axı səndən ötəriAh çəkməkdən bağrım qana dönübdü.Qədd əyilib, gül irəngim saralıb,Xəzan dəymiş gülüstana dönübdü.

Dindirirəm, danışmırsan, gülmürsən,Xəbər alıb ev halını bilmirsən,Endiribən məclisimə gəlmirsən,Yoxsa, taxtın Süleymana dönübdü?!

Dal gərdəndə siyah zülfün hörübsən,İnkar eyləməynən, ilqar veribsən.Yazıq Ələsgərdən üz döndəribsən,Ya baxt yatıb, ya zamana dönübdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring